

Məzmun
"Erikol" - Antibakterial baytarlıq preparati.
Preparatın təsviri: Xarici görünüşcə ağ rəngli, suda hell olan tozdur.
Dərman forması: Oral istifadə üçün toz.
Preparatın tərkibi fəal maddə 1,0 q-da: Eritromisin tiosianat-250 mq, Kolistin- 500000 BV, Trimetoprim-20 mq.
Farmako-terapevtik qrupu: Antibakterial baytarlıq preparati.
Qablaşdırma forması: Preparat 100 q miqdarında alüminium folqalı paketlerde və 1000 q miqdarında yüksək sıxlıqlı materialdan hazırlanmış polietilen flakonlarda qablaşdırılır.
Saxlanılma şəraiti və yararlılıq müddəti: Preparat istehsalçı qablaşmasında, yaxşı havalandırılan, sərin, quru, uşaqlar üçün əlçatmaz yerdə +5°C dən +25°C - dək olan temperatur şəraitində saxlanılmalıdır. Yararlılıq müddəti 4 (dörd) ildir.
Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri va farmakoloji xüsusiyyətləri: "Erikol" kompleks preparatdır. Onun təsiredici maddələri sinergist tesire malik olmaqla bir-birinin təsirini və preparatın təsir spektrini artırır. Kolistin polimiksinlər qrupuna aid antibiotik olmaqla sitoplazmatik membranların fosfolipid komponentlərini bloklaşdırmaqla onun strukturunu pozur və bakteriyaları lizisə uğradır. Trimetoprim trihidrofol turşusunun sintezini pozmaqla mikroorqanizmlərin inkişaf və çoxalmasında mühüm rol oynayan purin və pirimidin əsaslarını tormozlamaqla təsir göstərir. Eritromisin Streptomyces erythrem tərəfindən produksiya olunun makrolidler qrupuna aid geniş spektirli antibakterial təsirə malikdir. O, qrammüsbət bakteriyalara və bəzi grammenfi bakteriyalara, o cümlədən Stafilokoklara Strepkoklara, Pnevmokoklara qarşı və həm də brusellalara, reikketsilərə və mikoplazmalara qarşı təsirlidir.
Tətbiqinə göstərişlər: Preparat kənd təsərrüfatı heyvanlarının və quşların tənəffüs yolları xəstəliklərinin (bronxit, pnevmoniya, bronxopnevmaniya) mədə- bağırsaq yolları xəstəliklərin (kolibakterioz, salmonelyoz) sidik tənəsül sistemi xəstəlikləri, qızıl yel, xlamidioz mikroplazmoz və preparata həssas olan mikroorqanizmlər tərəfindən törədilen sair xəstəliklərinin müalicesi meqsedi ile tetbiq edilir.
İstifadə və dozalaşdırma qaydaları: Preparat toyuq ve hinduşkalar üçün 1,0 ml preparat hesabı ilə 6.0 litr içməli suya qarışdırmaqla dozalaşdırılır. Qaramal, qoyun, keçi, donuzlara ve develere ise her 50 kq diri kütlesine 1,0 ml, preparat hesabı ilə verilir. Su ile duruldulmuş məhlul 24 saat ərzində içilmelidir. Müalice 3 hefteden sonra təkrar aparılmalıdır.
Qeyd: Preparat kütlevi tetbiq edilməzdan avval kiçik qrup heyvanlar (3-5 baş) üzərində sınaqdan keçirilir ve 3 gün ərzində heç bir fesad müşahidə edilmədikde kütləvi tətbiq olunur. Istehsalçının istifadə təlimatında ve qablaşma (tara) üzerinde gösterilen istifade ve dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Əks göstərişlər: Preparatın tarkib komponentlərinə yüksək fərdi həssaslığı olan, qan yaradıcı orqanları qaraciyəri böyrəkləri xəstə olan ve heyvanlarda tetbiq edilmir Preparatın sağmal heyvanlarda ve yumurtlayan toyuqlarda istifadəsi əks göstərişdir
Gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 2 sutka sonra toyuqlar hinduşkalar və heyvanlar atik məqsədilə kəsilə bilərlər Yumurta insan qidası üçün yumurtlayan hinduşka və toyuqlarda istifade edilmir.
Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən şəxsi gigyiena və təhlükəsizlik qaydalarına əməl edilme, fərdi mühafizə vasitələrindən istifadə edilməlidir Preparat tesadüfən dəriyə və gözün selikli qişasına düşərsə bol su ilə yaxşı yumaq lazımdır
Istehsalçı: Alfasan International BV Niderland