GEOSOL®

29,00

Stokda Yoxdur

Çəki : 1 qram
Kateqoriya :

Məzmun

İnyeksiya edilə bilən məhlul | Antibakterial

TƏRKİBİ
Hər ml başına: 50 mq Oksitetrasiklin bazasına ekvivalent olan oksitetrasiklin hidroxlorid, antioksidant olaraq natrium
formaldehid sulfoksilat var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Oksitetrasiklin, tetrasiklin qrupuna bağlı olan geniş spektrli bir antibiotikdir. Oksitetrasiklin, ona həssas
mikroorqanizmlərdə ribosomun 30 S alt bölümünə geri dönmədən bağlanaraq protein sintezini ləngidir və
bakteriostatik bir təsir göstərir.
Oksitetrasiklinin bakteriyalara təsiri aşağıda göstərilmişdir:
Qram-müsbət aeroblar (Bacillus sp., Corynebacterium sp., Erysipelothrix rhusiopathiae, Listeria monocytogenes
və Streptococci.), qram-mənfi bakteriyalar (Actinobacillus sp., Bordetella sp., Francisella tularensis, Haemophilus
sp, Pasteurella multocida, P. haemolytica, Yersinia sp., Campylobacter döl, Borrelia sp. və Leptospira sp. Moraxella
bovis), anaeroblar (Actinomyces spp., Fusobacterium sp.,) və Mycoplasma spp., Chlamydia spp., Ehrlichia spp.,
Coxiella burnetti, Ehrlichia, Theileria, Eperythrozoon və Anaplasmalara yaxşı təsir göstərir.
Oksitetrasiklin, parenteral yolla tətbiq edildikdən sonra sürətlə sorulur və qısa müddətdə qanda müalicə intensivliyinə
çatır. Plevra, periton və beyin membranlarını keçir: döl qanında ana qanının sıxlığının 1/3 nisbətinə çatır. Fəallığını
itirmədən böyrək, sidik, öd yolları və xaric olur edildiyinə görə böyrək, sidik, öd yolları və bağırsaq infeksiyalarında
da olduqca təsirlidir.

İSTİFADƏ SAHƏSİ
Geosol İnyeksiya edilə bilən məhlul, mal-qara, at, qoyun, keçi, it və pişiklərdə oksetrasiklin həssas mikroorqanizmlərin
törətdiyi tənəffüs, həzm, sidik- tənasül sistemi infeksiyalarında, viral infeksiyalarla bərabər hərəkət edən və
həssas bakteriyalarla meydana gətirilən İkinci dərəcə infeksiyalarda və septisemiyalarda istifadə olunur. Xüsusilə
sətəlcəm, septisemiya, enterit, ayaq çürükləri, Leptospiroz, Listerioz, Anaplazmoz infeksiyaları və metrit və mastit
müalicələrində dəstək olaraq istifadə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:

Heyvan Növü

Farmakoloji Doza (mq/kq)

Bədən Çəkisi (kq)

Doza (ml)

At

                 5

500

50

Day

10

100

20

Mal-qara

                 3

500

30

Buzov

                 8

100

16

Qoyun, keçi

                8

50

         8

Quzu, oğlaq

                8

25

4

İt

10

10

2

Pişik

10

             5

1

İnyeksəyalar, yavaş-yavaş damardaxili, dərin əzələdaxili və ya dərialtı olaraq vurulur. Müalicə, ən azı 3 gün ərzində
davam edlməlidir. İnyeksiya zamanı aseptika-antiseptika qaydalarına diqqət yetirilməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənməsi müddəti (d.q.t.m.); müalicə müddətində və preparatın tətbiqindən sonra malqara,
qoyun və keçilər, 22 gün ərzində kəsimə göndərilməməlidir. Müalicə zamanı və son preparat tətbiq edildikdən
sonra əldə edilən inək, qoyun və keçi südü 8 gün (16 sağım) ərzində insan istehlakına təklif edilməməlidir. Preparat
qalığı təmizlənmə müddətinin uzun olmasına görə, sağmal inək, qoyun və keçilərə tətbiq edilməsi tövsiyə edilmir.

BURAXILIŞ FORMASI
100 ml 

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}