Məzmun
İnyeksiya edilə bilən məhlul | Antibakterial
TƏRKİBİ
Hər ml başına: 200 mq Oksitetrasiklin bazasına ekvivalent olan oksitetrasiklin dihidrat vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Oksitetrasiklin, tetrasiklin qrupundan olan geniş spektrli bakteriostatik təsirinə malik bir antibakterial maddədir. Təsirini, bakteriyalardakı ribosomun 30S alt bölümünə geri dönmədən bağlanaraq protein sintezini ləngidərək göstərir.
Qram-müsbət aeroblar (Bacillus sp., Corynebacterium sp., Erysipelothrix rhusiopathiae, Listeria monocytogenes və Streptococci), qram-mənfi bakteriyalar (Actinobacillus sp., Bordetella sp., Francisella tularensis, Haemophilus sp., Pasteurella). Campylobacter fetus, Borrelia sp. və Leptospira sp., Moraxella bovis), anaeroblar (Actinomyces spp., Fusobacterium sp.,) və Mycoplasma spp., Chlamydia spp., Ehrlichia spp., Coxiella burnetti, Ehrlichia, Theileria, Eperythrozoon və Anaplasmalara yaxşı təsir göstərir.
Geosol LA İnyeksiya edilə bilən məhlul, əzələdaxili vurulduqdan sonra inyeksiya sahəsindən yaxşı absorbe edilir. Orqanizmdə asanlıqla yayılır və qısa müddət ərzində təsirli terapevtik səviyyələrə çatır. Tətbiq edildikdən qısa bir müddət sonra qan və digər bədən mayeləri və toxumalarında aşkar edilə bilər. Sidik və öd ilə dəyişmədən xaric olur.
İSTİFADƏ SAHƏSİ
Geosol LA İnyeksiya edilə bilən məhlul, mal-qara, qoyun və keçilərdə həssas bakteriyaların törətdiyi aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:
• Tənəffüs (bronxopnevmoniya, bronxit, plevrit və s.) və həzm sisteminin infeksiyaları (qastrit, enterit, dana difteriyası), sidik-tənasül sisteminin infeksiyaları,
• Ayaq infeksiyaları, yoluxucu poliartrit, nekrotik qanqrenoz infeksiyaları, məsələn: qaramal növlərində cüt dırnaqlı çürüyü və qoyunlarda pieten və onlara bənzər digər yumşaq toxuma infeksiyaları.
• Septisemiya, Anaplazmozda,
• Viral infeksiyalarla bərabər hərəkət edən və həssas bakteriyaların törətdiyi ikinci infeksiyalarda,
• Metritlərdə dəstəkləyən olacaq.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Mal-qara, qoyun və keçiyə 20 mq/kq diri çəki olacaq şəkildə 1 ml/10 kq diri çəki dozasında dərin əzələdaxili yolla vurulur.
- Ağır infeksiyalarda müalicəni 3 gündən sonra təkrarlamaq tövsiyə olunur.
- Mal-qara 20 ml, qoyun və keçi 5 ml-dən çox olduğu hallarda, bir doza bölünüb iki fərqli yerə vurulmalıdır.
- İnyeksiya, sağrı kimi böyük əzələlərə dərindən yeridilməlidir.
- İnyeksiya zamanı aseptika və antiseptika qaydalarına diqqət yetirilməlidir.
- Damar daxili yolla tətbiq edilməməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə zamanı və son preparat tətbiq edildikdən sonra ət üçün böyüdülən mal-qara, qoyun və keçilər, 28 gündən əvvəl kəsimə göndərilməməlidir, Preparatların istifadəsi müddət ərzində və son preparat tətbiq edildikdən sonra 12 gün (24 sağım) ərzində əldə edilən mal-qara, qoyun və keçi südü insan istehlakına təklif edilməməlidir.
BURAXILIŞ FORMASI
100 - 250 ml