


Məzmun
Tökmə məhlulu | Ektoparazitar
TƏRKİBİ
Hər ml başına: 10 mq Flumetrin var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Flugon %1 tökmə məhlulunun aktiv maddəsi olan Flumetrin, piretroid Tip II qrupuna aid bir sintetik
preparatdır.
Flumetrin, sinir ötürmə zamanı neyron membranlarının normal olaraq keçici olan natrium keçirmə
qabiliyyəti artmasında, uzun müddətli olaraq gecikdirilməsinə səbəb olur. Flumetrin, yetişən gənələrə
təsirini, bunların sürfələri və pupları üçün öldürücü olaraq, dişi gənələrini canlı yumurta etmələrinin
qarşısını almaq və bununla da onların çoxalmasını dayandıraraq göstərir.
Həm həssas parazitlər, həm yetkinlər, həm də sürfələrə qarşı təsirlidir. Preparat, həssas parazitlərdə
olan məhvedici fermentativ təsirlərə və ətraf mühit şəraitinə davamlı olduğundan ötrü uzunmüddətli
sabit və qoruyucu effektə malikdir. Heyvanların kürəyinə tökülərək tətbiq edildikdə, bütün bədən səthinə
yayılır və aktiv maddəsi, dəridən sorulmadığına görə, uzun müddət müalicəvi təsirini davam etdirir.
İSTİFADƏ SAHƏSİ
Flugon %1, mal-qara və qoyunlarda geniş şəkildə rastlasan sorucu və dişləyən bit, gənə, qaşınma
agentlərinə və digər xarici parazitlərə bağlı invaziyaların sağalması və idarə olunması üçün istifadə
olunur.
İtlərdə, Demodex canisindən qaynaqlanan qaşınma invaziyalarının müalicəsində istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Mal-qara və qoyunlarda:
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Flugon %1, bitlərlə mübarizə aparmaq məqsədilə istifadə ediləcək preparat miqdarının, heyvanların
arxa xətlərini təşkil edən kiçik çuxur boyunca nazik bir xətt şəklində tökməklə tətbiq olunur. Flumetrinin
farmakoloji dozası, mal-qara və qoyunlarda gənələr üçün 1 mq/kq, bit və qoturluq agentləri üçün 2 mq/
kq c.a. olacaq şəkildə aşağıdakı praktik dozalarda, tətbiq edilir:
Mal-qara Doza (gənə ilə mübarizə) Doza (bit və qoturluq ilə mübarizə) |
||
100 kq c.a. |
10 ml |
20 ml |
400 kq c.a.-dan çox |
50 ml |
100 ml |
Ətlik Qoyun Doza (gənə ilə mübarizə) Doza (bit və qoturluq ilə mübarizə) |
||
50 q |
5 ml |
10 ml |
İtlərdə:
Flumetrinin farmakoloji dozası 1 mq/kq diri çəkisidir. Demodex, qoturluğa qarşı mübarizədə 1 ml/10 kq
c.a. dozasında tətbiq olunur. Qoturluq əlamətləri olan sahələrə bilavasitə tətbiq oluna bilər yaxud da
onurğanın üstünə, başın qulaq arxasından büzdümə qədər tökülə bilər.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Mal-qarada ət və süd üçün 0 “sıfır” gün, qoyunlarda
ət üçün 0 “sıfır” gündür. İnsan istehlakı üçün süd əldə edilən qoyunlara tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
500ml