


Məzmun
Oral Tablet | Antihelmintik
TƏRKİBİ
Hər bir tabletdə: 375 mq Levamisol HCl və 600 mq Triclabendazol var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
Levamisol, oral həbin aktiv maddələrindən biri olan levamisol tetrahidroimidazol qrupuna aid olan
xolinergik agonist bir birləşmədir. Antinematodalın təsir qüvvəsi, parazit sərbəst qanqliyaların
daimi stimullaşdırılması nəticəsində parazit əzələlərin iflicinə bağlı olaraq baş verir. Eyni zamanda
benzimidazol qrupu birləşmələrinə bənzər şəkildə fumarat reduktaz fermentinin aktivliyinə qarşı
əngəl törədir və parazitin karbohidrat metabolizmini pozur. Levamisol müqavimətinin artması,
asetilkolin reseptor populyasiyasının ümumi xüsusiyyətlərinin dəyişməsi ilə baş verir.
Triklabendazol isə, halogenləşdirilmiş benzimidazol qrupuna aid bir fasiolasiddir. Qaraciyər
trematodlarının bütün həyat dövrlərində təsirli olur. Triklabendazol, trematodların tubulin quruluşuna
bağlanaraq hüceyrədaxili nəqliyyat mexanizmini pozur və enerji metabolizminin çoxölçülü
inhibisiyasına səbəb olur. Bundan əlavə, protein sintezinə də əngəl törədir. Triklabendazola qarşı
müqavimətinin artmasında: Həssas betatubulin gen izotipinin intensiv şəkildə itkisi, fenilalanin
əvəzinə tirozinin kodlaşdırılması nəticəsində yaranan bir nöqtə mutasiyası ilə güclü bir beta-tubulin
gen izotipinin meydana çıxması,
II. Preparat qəbulu və maddələr mübadiləsinin dəyişməsi, III. Preparat daşıyıcısı kimi bilinən
P-glikoprotein ilə əlaqəli axıcı nasoslar rol oynayır.
Farmakokinetik xüsusiyyətləri:
Levamisol oral yolla qəbul edildikdə, sürüdən tez sorulur və 2-4 saat ərzində maksimum qan
konsentrasiyasına çatır. Birləşmənin yarı ömrü 9.3 saat təşkil edir və tətbiq edildikdən sonra 72
saat ərzində təxminən %68-78 sidiklə, %17-33 nəcislə atılır.
Triklabendazol oral yolla qəbul edildikdə, həzm sistemindən sürətlə sorulur və qısa müddət
ərzində antiparazitar aktivliyi başlayır. Triklabendazol, qəbul edildikdən 18 saat sonra maksimum
qan konsentrasiyasına çatır. Plazma tərkibində əsas metabolitlər kimi sulfon, sulfoksid, keton və
4-hidroksi törəmələri vardır. Mal-qarada 7 gün ərzində, %2,2 sidiklə, %76 nəcislə, cəmi %81,4
xaric olunur. Plazma proteinlərinə bağlanma nisbətinin %99 -dən yüksək olduğu ortaya çıxmışdır.
İSTİFADƏ SAHƏSİ
LEVATRIZOL oral tablet, laktasiya dövründə olmayan mal-qarada levamisol və triklabendazola
həssas qelmintlərin səbəb olduğu parazitar invaziyaların qarşısını almaq və müalicə üçün istifadə
olunur.
Abomasum nematodları, nazik bağırsaq nematodları, qalın bağırsaq nematodları, ağciyər bıj
qurdları, qaraciyər trematodlarına qarşı təsirlidir.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Mal-qarada triklabendazolun farmakoloji dozası, 12 mq/kq diri çəki, levamisol isə 7,5 mq/kq diri
çəki təşkil edir. Ağızdan bir az su köməyi ilə udmaqla tətbiq olunur. Mal-qarada 50 kq canlı çəkiyə 1
tablet şəklində istifadə olunur. Daha ağır mal-qara üçün hər 50 kq diri çəkiyə 1 tablet əlavəo lunur.
Yarım qalan tabletlər, 7 gün ərzində istifadə edilməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən sonra mal-qaralar 56 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı
üçün süd əldə edilən sağmal mal-qarada laktasiya dövründə və hamiləliyin son üç ayında tətbiq
edilməməlidir.
BURAXILIŞ FORMASI
10 tablet