ASİVET®

7,00
-
+
Çəki : 100 qram
Kateqoriya :
Heyvanlar :

Məzmun

Oral emulsiyası | Qaz uducu

TƏRKİBİ
Hər ml başına: 30 mq Dimetilpolisiloksan (Simethicone) və köməkçi maddə kimi qoruyucu məqsədilə metil paraben
və propil paraben, piqment maddəsi olaraq ə gün sunset yellow (E 110) var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
%3 dimetilpolisiloksan emulsiyası olan Asivet, üzvi silikon polimerdir və köpüyə qarşı güclü bir vasitədir. Üzvi bir silikon
polimer olan Dimetilpolisiloksan, köpüyə qarşı güclü bir vasitə olduğuna görə, baytarlıq tibbində böyük əhəmiyyət
daşıyır. Bu maddə, fizioloji cəhətdən aktiv olmadığından və oral yolla qəbul edildikdə, sorulub sistem dövranına
keçmədiyi üçün toksik təsir göstərmir. Dimetilpolisiloksan, gövşəyən heyvanlarda retikulo-rumen mayesinin və
tək mədəli heyvanlarda mədə mayesinin səthi gərginliyi artıraraq, əmələ gələn köpüklərin sürətlə partlamasını və
köpüklərin əmələ gəlməsinin qarşısını almaqla, tələyə düşən qaz, gəyirmə yolu ilə qısa müddət ərzində atılmağa
başlayır və beləliklə mədə hərəkətləri normaya qayıdır. Dimetilpolisiloksan, həzm sistemi seliyində sekresiyanı
əngəlləyən, sürüşkən və qoruyucu bir təbəqə meydana gətirir.
Farmakokinetik xüsusiyyətləri:
Dimetilpolisiloksan, heyvanlarda mədənin pH-da hər hansı bir dəyişiklik etmədən qazın meydana gəlməsinin
qarşısını alır. Dimetilpolisiloksan, mədə-bağırsaq traktından sorulmur. Eyni zamanda, mədə ifrazatındakı və ya
həzm kanalındakı qidalarla qarşılıqlı təsir göstərmir. Ağızdan tətbiq edildikdən sonra preparat, metabolizə olunmadan
dimetilpolisiloksan kimi dəyişməz şəkildə nəcislə xaric olunur.
 

İSTİFADƏ QAYDASI
Gövşəyən heyvanlarda (mal-qara, qoyun, keçi): Birinci mədədə əmələ gələn qazlı və köpüklü şişkinliyi aradan
qaldırmaq üçün istifadə olunur. Heyvanların yazda birdən-birə tövlədən bol təzə otla dolu və ya çəmənliklərə yaxud
da yayda dənə yem olan tarlalara aparılması nəticəsində meydana gələn, birinci mədənin köpüklü şişkinliklərdə
qazı, işkənbənin içindən çıxararaq, işkənbə zondunun vasitəsilə və ya heyvanın gövşəməsinə imkan verməklə qazı
asanlıqla çıxarmağa kömək edir.
Bundan əlavə, Asivet qorunma məqsədi ilə gövşəyən heyvanlarda otlaqlarına getməzdən əvvəl verilərək, təzə paxlalı
bitkilərin (paxlalı) və təzə yonca kimi yüksək nişasta tərkibli təzə qidaların səbəb olduğu qida ilə əlaqəli şişmələrin
qarşısını alaraq təmin edilə bilər
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkimi tərəfindən başqa bir tövsiyə edilmədikdə:
Dimetilpolisiloksanın farmakoloji müalicə dozası; 8 - 10 mq/kq bədən çəkisidir.
Müalicə məqsədi ilə;
Mal-qara : 80-100 ml / 300 kq diri çəki
Dana : 27-33 ml / 100 kq diri çəki
Qoyun- keçi: 13-17 ml / 50 kq diri çəki
Asivetin, birinci mədədə olan maddələrlə yaxşı qarışa bilməsi üçün 1 və ya 2 litr suda əridib vermək tövsiyə olunur.
Bilavasitə ağızdan içirərək və ya mədə zondu ilə tətbiq edilir. Emulsiyanı istifadə etməzdən əvvəl şüşə, yaxşı-yaxşı
çalxalamalıdır.. Ağciyərdəki təzyiqi azaltmaq məqsədilə heyvanın başını, yuxarıya doğru meylli bir yerə çəkmək
lazımdır. Ümumiyyətlə, birdəfəlik tətbiq, müalicəyə üçün kifayətdir. Zəruri hallarda, eyni dozanı 6-8 saat sonra
təkrarlamaq olar.
Oral yolla: tövsiyə olunan miqdarda emulsiya, bol su ilə qarışdırılır (5-10 qat). Adətən, bir tətbiq kifayətdir. Birinci mədə
daxili yolu ilə: tətbiqetmə proseduraları, bilavasitə ağızdan və ya qarın birinci mədə zondu ilə aparılmalıdır. Çox təcili
hallarda, aseptika və antiseptika qaydalarına çox yaxşı əməl etməklə troakar ilə sol oyuğu paralumbalistən birinci
mədəyə girilir. Əvvəlcə bir qədər qaz çıxarılır, sonra emulsiya seyreltilmədən içəriyə verilir.
Dimetilpolisiloksanın qorunma üçün farmakoloji müalicə dozası: 1-2.5 mq/kq diri çəki təşkil edir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Ət və süd üçün “0” gündür.
 

BURAXILIŞ FORMASI
100 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}