OPTİANİONİK

9,00
-
+
Çəki : 25.0 kiloqram
Kateqoriya :

Məzmun

"Optianionik" - Yem əlavəsi.

 

Yem əlavəsinin təsviri: Xarici görünüşcə toz halındadır.

Yem əlavəsinin forması: Toz şəkilli.

Yem əlavəsinin tərkibi fəal maddələr: Vitamin A- 500.000BV, Vitamin D- 100.000 BV, Vitamin E- 500 mq. Mangan-3.000 mq, Dəmir- 1.500 mq, Sink- 4.000 mq, Mis- 750 mq, Yod- 40 mq, Kobalt- 8 mq, Selen- 20 mq, Ammonium xlorid- 4.000.000mq. Maqnezium sulfat- 4.000.000mq. Natrium xlorid- 800.000mq. Mannan oliqoşəkər - 200 000 mq, Toksin bağlayıcı- 500.000 mq. Kalsium karbonat- doldurucu.

Farmako-terapevtik qrupu: Yem əlavəsi.

Qablaşdırma forması: Polietilen içlikli kağız kisələrdə 5, 10, 15, 20 və 25 kq miqdarında qablaşdırılır

Saxlanma şəraiti və yararlılıq müddəti: İstehsalçı qablaşmasında, quru qaranliq. sərin. yaxşı havalandırılan, uşaqlar üçün əlçatmaz yerda saxlanılmalıdır Yararlılıq müddəti 1 (bir) ildir

Tesiredici maddənin esas fiziki-kimyəvi xassələri va farmakoloji xüsusiyyətləri: "OptiAnionic" heyvanların yem rasionuna əlavə edilən yem əlavəsidir. Yem əlavəsini yemlərə qatılması sayəsində yem vitamin və minerallarla zənginləşir, onun enerji dəyəri yüksəlir. Preparat yemlə qarışdırılaraq verilir. Yem əlavəsi heyvanlarda xəstəliyə davamlılığı və məhsuldarlığı artırır.

Tətbiqinə göstərişlər: Yem əlavəsi heyvanların yem rasionunun vitamin, mineral, harbohidrat, proteinlərlə zənginləşdirmək, yəni yemin qidalılıq dəyərini artırmaq məqsədi ilə tətbiq edilir. Yem əlavəsi heyvanlarda xəstəliyə davamlılığı və inkişafı artırır, maddələr mübadiləsini stimullaşdırır.

İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi yemlərə və yemlik xammala yem zavodlarında və təsərrüfatların yem hazırlayan sexlərində yem hazırlanan zaman yem xammalına və qarışıq yemlərə qarışdırılır. "OptiAnionic" 1 ton yemə və ya yem xammalına 30 kq və ya hər heyvan başına gündə 300 q miqdarında qarışdırılır. Qarışdırma müasir qarışdırıcılar və texnologiya ilə aparılmalı və yem əlavəsinin ümumi yem kütləsində bərabər yayılması təmin edilməlidir

Qeyd: Yem əlavəsinin kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.

Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsir yoxdur.

Əks göstərişlər: Yoxdur.

Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.

Yem əlavəsi tətbiq edilmiş heyvan məhsuvarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Yem əlavəsi verilmiş heyvanların məhsullarından istifadə üçün gözləmə vaxtı tələb olunmur və bütün məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.

İstehsalçı: "ZNF Besin Maddeleri. San ve Tic. Ltd Sti", Türkiyə.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}