

Məzmun
OPTİBLOK-Yem əlavəsi baytarlıq preparati.
Preparatın təsviri: Tünd qəhvəyi rəngli, bərk kütlə şəklindədir.
Dərman forması: Bərk kütlə şəklində yalama duzu.
Preparatın tərkibi fəal maddələr 1,0 kq-da: Vitamin A- 35.000BV, Vitamin D- 7.000 BV, Vitamin E- 35 BV, Zn- 310 mq. Mn- 240 mq, Fe- 120 mq. Cu- 60 mq. Yod-3.0 mq, Se- 1.5 mq, Co-0.60 mq, Ca- 9.8%, Na- 4.5%, Mg- 0,3%, P-0.13%. Xam kül- 40%. Daşıyıcılar Şəkər çuğunduru bəkməzi. Kalsium karbonat Natrium xlorid. Maqnezium oksid. Dikalsium fosfat.
Farmako-terapevtik qrupu: Yem əlavəsi baytarlıq preparati.
Qablaşdırma forması: Plastik taralarda 2.5, 10, 20, 25, 50, 80 ve 100 kq miqdarında qablaşdırılır.
Saxlanma şəraiti və yararlılıq müddəti: Istehsalçı qablaşmasında, quru qaranlıq, serin. yaxşı havalandırılan, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Yararlılıq müddəti 2 (iki) il.
Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: "Opti Blok" yalama duzunun tərkibinə daxil olan makro ve mikroelementler, bioloji fəal maddələrin xüsusiyyətləri ilə səciyyələnir. Preparatın tərkibinə daxil olan makro və mikroelementlər rasionda heyvanların onlara olan tələbatını təmin etmək, çatışmazlığını aradan qaldırmaq. məhsuldarlığı artırmaq cəhətdən çox vacibdir. Digər bioloji fəal maddələr də heyvan orqanizmində mühüm rol oynayırlar və yalama duzunun dəyərliliyini artırırlar.
Tətbiqinə göstərişlər: Yem əlavəsi qaramal və qoyunlarda yem rasionunu makro ve mikroelementlər, bioloji fəal maddələrlə zənginləşdirmək, heyvanlarda süd və çəki artımı, maddələr mübadiləsini, boğazlıq dovrünün gedişatını yaxşılaşdırması, heyvanlarda anemiya və osteomalyasiyanın profilaktikası məqsədi yalama duzu kimi istifadə olunur.
İstifadə və dozalaşdırma qaydaları: Qaramal üçün, "Opti Blok" gündəlik olaraq her heyvana 75- 100 q miqdarında verilir. Qoyunlara, gündəlik olaraq hər heyvana 10-15 q miqdarında verilir.
Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməzindən əvvəl kiçik qrup heyvanlar (3-5 baş) üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə talimatında va qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilmelidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində her hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsir yoxdur.
Əks göstərişlər: Yem sərfiyyatını azaldır.
Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat verilmiş heyvanların məhsullarından istifadə üçün gözləmə vaxtı tələb olunmur və bütün məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.
İstehsalçı: "Yorem San ve Tic. Ltd. Şti. Turkiyə
Buraxılış forması: 25kq.