

Məzmun
OptiSafe - Yem əlavəsi
Yem əlavəsinin təsviri: Xarici görünüşcə toz halındadır.
Yem əlavəsinin forması: Toz şəkilli.
Yem əlavəsinin tərkibi fəal maddələr: Xolin xlorid- 100.000 mq, Kalsium- 400.000 mq, Natrium bikarbonat- 200.000 mq, Maqnezium karbonat- 200.000 mq. Köməkçi maddələr (doldurucular)- 100.000 mq.
Farmako-terapevtik qrupu: Yem əlavəsi.
Qablaşdırma forması: Polietilen içlikli kağız kisələrdə 5, 10, 15, 20 və 25 kq miqdarında qablaşdırılır..
Saxlanma şəraiti və yararlılıq müddəti: Istehsalçı qablaşmasında, quru, qaranlıq, sərin, yaxşı havalandırılan, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Tətbiqinə göstərişlər: Yem əlavəsi heyvanların yem rasionunun vitamin, mineral, karbohidrat, proteinlərlə zənginləşdirmək, yəni yemin qidalılıq dəyərini artırmaq məqsədi ilə tətbiq edilir. Yem əlavəsi heyvanlarda xəstəliyə davamlığı və inkişafı artırır, maddələr mübadiləsini stimullaşdırır.
İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi yemlərə və yemlik xammala yem zavodlarında və təsərrüfatların yem hazırlayan sexlərində yem hazırlanan zaman yem xammalına və qarışıq yemlərə qarışdırılır. "OptiSafe" 1 ton yemə və ya yem xammalına 5 kq və ya hər heyvan başına gündə 50 q miqdarında qarışdırılır. Qarışdırma müasir qarışdırıcılar və texnologiya ilə aparılmalı və yem əlavəsinin ümumi yem kütləsində bərabər yayılması təmin edilməlidir.
Qeyd: Yem əlavəsinin kütləvi tətbiq edilməsindən avval kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikda kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsir yoxdur.
Əks göstərişlər: Yoxdur.
Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.
Yem əlavəsi tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Yem əlavəsi verilmiş heyvanların məhsullarından istifadə üçün gözləmə vaxtı tələb olunmur və bütün məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.
İstehsalçı: "ZNF Besin Maddeleri. San ve Tic. Ltd. Sti", Türkiyə.
Buraxılış forması : 25 kq.