

Məzmun
"Vitalife" - Protein- mineralli yem əlavəsi.
Preparatın təsviri: Krem rəngli, narın, zeif spesifik iyli, səpələnən poroşokdur.
Dərman forması: Poroşok.
Preparatın tərkibi, fəal maddələr 100q -da: dekstroza(69.7), duz (7.5), kalium xlorid (6.5), üzvi turşular (4.0), mineral- zulal tərkibli yem qarışığı (4.0), monokalsium fosfat (2.5), yağ turşuları (2.0), pendir suyu (1.3), aromatizator (2.0), probiotik (0.5).
Farmako-terapevtik qrupu: Protein- mineralli yem əlavəsi.
Qablaşdırma forması: Polietilen içliyi olan 4 laylı kağız kisələrdə 25 kq miqdarında qablaşdırılır.
Saxlanma şəraiti və yararlılıq müddəti: İstehsalçı qablaşmasında, quru, qaranlıq, sərin, yaxşı ventillyasiya olunan, uşaq və heyvanlar üçün əlçatmaz yerdə (+25°C-dən yüksək olmayan) temperaturda saxlanılmalıdır. Yararlılıq müddəti 6 (altı) aydir.
Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: "Vitalife" buzovların yem rasionuna əlvə edilən yem əlavəsidir. Yem əlavəsini yemlərə qatılması sayəsində yem protein-minerallarla zənginləşir, onun enerji dəyəri yüksəlir. Vitalife" buzovların müxtəlif yaş qrupu dövrlərində protein-minerallarla çatışmazlığını aradan qaldırmaq üçün onların rasionuna əlavə edilməsi çox faydalıdır.
Tətbiqinə göstərişlər: Buzovların yem rasionunu protein-minerallar mənbəyini yəni yemin qidalılıq dəyərini artırmaq məqsədi ilə tətbiq edilir. Yem əlavəsi buzovlarda xəstəliyə davamlığı ve inkişafı artırır.
İstifadə və dozalaşdırma qaydaları: Buzovlara yem əlavəsi 25-50q miqdarında 1.5 litr işməli suya qarışdırılaraq gündə 2-3 dəfə içirdilir.
Qeyd: İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidi
Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsir yoxdur.
Əks göstərişlər: Yem sərfiyyatını azaldır.
Başqa preparatlarla uyuşmazlığı: Başqa yem əlavələri və preparatlarla uyuşmazlığı yoxdur.
Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, şəxsi mühafizə vasitələrindən istifade edilməlidir.
Preparat tətbiq edilmiş heyvan və quşların məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat verilmiş heyvanların mehsullarından istifadə üçün gözləmə vaxti teleb olunmur ve məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.
Buraxılış forması : 10kq.