ASCORVET TOZU
Description
Oral məhlul tozu | Vitamin
TƏRKİBİ
Hər qramda: 1000 mq Askorbin turşusu vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri: Ascorvet oral məhlul tozunun aktiv maddəsi olan askorbin turşusu
(Vitamin C), xüsusilə A, D və E vitaminlərinin oksidləşməsinin qarşısını alan və hidrogen daşıyıcısı olaraq
hüceyrəli oksidləşmə reaksiyalarında iştirak edən bir vitamindir.
Askorbin turşusu, protein, karbohidrat və lipid metabolizmində rol oynayır. Buna görə birləşdirici toxuma,
endokrin vəzilər, hematopoez, Krebs dövrünün fermentləri və qırmızı qan hüceyrələrinin dəmir qəbulunu
artıraraq bir çox fizioloji sistemlərə təsir göstərir.
Askorbin turşusu “anti-skorbut vitamini” adlanır və fol turşusunun tetrahidrofol turşusuna çevrilməsində iştirak
edir. Bundan əlavə, lizin və prolinin kollagen sintezi və toxumaların bərpası üçün zəruri olan hidrolizə və
hidroksiprolinə çevrilməsində də rol oynayır: antikorların meydana gəlməsinə kömək edərək infeksiyalara qarşı
müqaviməti və qanın bakterisid gücünü artırır, buna görə orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimətin
əmələ gəlməsinə xidmət edir. Ayrıca, askorbin turşusu detoksifikasiya xüsusiyyətinə malikdir.
Vitamin C, qırmızı qan hüceyrələrinin sayını artırır, heyvanlarda skelet sisteminin və dişlərin inkişafını
dəstəkləyir, anti-anafilaktik təsiri ilə anafilaksi vəziyyətində vücudun həssaslıq dərəcəsini azaldır, yorğunluq
hissini azaldır, kapilyar damar divarlarının davamlılığını artıraraq qanaxmanın qarşısını alır və ürək-damar
sisteminə təsir edərək ürək döyüntüsünün tənzimlənməsinə köməkçi olur. Orqanizmdəki stress və yorğunluq
səbəbindən artan C vitamininin ehtiyacını təmin edir.
İSTİFADƏ SAHƏSİ
Ascorvet, bütün ev heyvanlarında C vitamini çatışmazlığından qaynaqlanan və ya C vitamini ehtiyacını artıran
xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunur. Bütün stress vəziyyətləri müxtəlif yoluxucu
xəstəliklərdə əsas müalicəyə köməkçi vasitə kimi anemiya, intoksikasiya, qanaxma, qastroenterit, inkişaf və
qidalanma pozulmalarında, damar divarının qorunmasında, bədənin müqavimətinin artmasında və orqanizmin
ümumi stimulu olaraq istifadə olunur. Hamiləlik və inkişaf pozulmaları zamanı orqanizmin, digər vitaminlərlə
möhkəmləndirmə vasitəsi olaraq mühüm rol oynayır.
Ascorvet quş damı heyvanlarında: quş orqanizmində sintezləşən C vitamininin çatışmazlığı kifayət olmadıqda,
C vitamininin ehtiyacını artıran infeksiya və stress hallarında istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Ascorvet oral məhlul tozu, heyvanların içməli suyu ilə qarışdırılaraq oral yolla tətbiq olunur.
Quş damı heyvanlarında: Canlı bədən çəkisindən asılı olaraq 50-100 mq/kq gündəlik dozada 3-5 gün ərzində
oral yolla verilir. Digər heyvanlarda: Canlı bədən çəkisindən asılı olaraq gündəlik 10-20 mq/kq dozada 3-5 gün ərzində oral yolla qəbul edilir.
Praktik doza cədvəli
|
Hədəf Növü |
Gündəlik Praktik Doza |
İstifadə müddəti |
|
Quş damı heyvanları |
50 - 100 mq/kq diri çəki/gün |
3 - 5 gün |
|
Quzu və ya oğlaq |
10 - 20 mq/kq diri çəki/gün |
3 - 5 gün |
|
Qoyun və ya keçi |
10 - 20 mq/kq diri çəki/gün |
3 - 5 gün |
|
Buzov |
10 - 20 mq/kq diri çəki/gün |
3 - 5 gün |
|
Dana |
10 - 20 mq/kq diri çəki/gün |
3 - 5 gün |
|
At və ya inək |
10 - 20 mq/kq diri çəki/gün |
3 - 5 gün |
|
Dovşan |
10 - 20 mq/kq diri çəki/gün |
3 - 5 gün |
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Ət, süd və yumurta üçün “0” sıfır gündür.
BURAXILIŞ FORMASI
1kq