VETALBEN®

0.00
-
+
Weight : 1 grams
Category :
Animals :

Description

Oral Tablet | Antihelmintik

TƏRKİBİ
Hər bir tabletdə: 1.200 mq albendazol var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Albendazol, benzimidazolun törəməsi geniş spektrli antihelmintikdir. Albendazol, helmint
hüceyrələrində tubulinə güclü bir şəkildə bağlıdır. Mikrotubullarda polimerləşməni inhibə edərək, qida
qəbuluna maneə törədərək aclıqdan ölmələrinə yol açır. Başqa bir təsir şəkli ilə helmintlərin bağırsaq
epiteliyindəki fumarate reduktaz aktivliyinə əngəl törədir. Parazitin enerji metabolizmi fermentin inhibə
edilməsi nəticəsində pozulur, glikogenin istifadəsi artır və parazitlər bu şəkildə ölürlər.

İSTİFADƏ SAHƏSİ
Mal-qara və qoyunlarda: mədə-bağırsaq və ağciyər bıj qurdları, yastı qurdlar və yetkin qaraciyər
kəpənəklərinə qarşı qorunmaq və müalicə məqsədilə istifadə olunur.
Mədə-bağırsaq bıj qurdları: Haemonchus spp., Oestertagia spp., Trichostrongylus spp., Nematodirus
spp., Cooperia spp., Bunostomum spp., Strongyloides papillosus, Capillaria spp., Oesphagostomum
spp., Chabertia spp.
Ağciyər bıj qurdları: Dictiyocaulus viviparus, Protostrongylus rufescens, Muellerius capillaris,
Cystocaulus ocreatus
Göz bıj qurdları: Thelazia spp.
Qaraciyər kəpənəkləri Fasciola hepatica, Fasciola gigantica, Dicrocoelium dentriticum.
Yastı qurdlar: Monienzia spp., Avitellina centripunctata, Thysanosoma actinoides növlərinə qarşı
tətbiq olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Albendazolun farmakoloji dozası: mədə-bağırsaq, ağciyər bıj qurdları, yastı qurdlar üçün 7.5 mq/kq
c.a., yetkin qaraciyər kəpənəklər üçün 15 mq/kq c.a. və Dicrocoelium dentriticum üçün 20 mq/kq diri
çəki təşkil edir
Heyvanlara ağızdan udmaqla tətbiq olunur. Profilaktik müalicənin tətbiq edilməsinin yazda (heyvanlar
otlaqlara getməzdən əvvəl) və payızda (otlaqdan qayıtdıqdan sonra) həyata keçirilməsi tövsiyə olunur

Hayvan Növü

Diri Çəki

Mədə-bağırsaq və Ağciyər

Bıj Qurdlar, Yast Qurdlar Üçün Dozanı

Yetkin Qaraciyər Kəpənəkləri Üçün Dozası

Qoyun

       40 kq

                     40- 80 kq-a qədər qoç

1/4 tablet

1/2 tablet

1/2 tablet 1 tablet

 

Mal-qara

                          160 kq

160 - 320 kq

320 kq ve yuxarı

 

  1. tablet
  2. tablet
  3. tablet

 

 

  1. tablet
  2. tablet
  3. tablet

 

 

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə zamanı və son preparat tətbiq
edildikdən sonra ət üçün böyüdülən mal-qara14 gün” və qoyunlar “10 gün” gün keçmədən kəsimə
göndərilməməlidir və mal-qaradan 3 gün (6 sağım) ərzində əldə edilən inək və qoyun südü, insan
istehlakına təklif edilməməlidir.
 

BURAXILIŞ FORMASI
10 tablet 

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}