Ağsuya işguzar səfər
Vetaqro şirkətinin Satış müdiri Qamət Əliyev, baytar həkimi Fərhad Erdoğan və satış meneceri İsa Musayev Ağsu Agropark Təsərrüfatına işgüzar səfər çərçivəsində ilk öncə Təsərrüfatın Təchizat şöbəsinin rəhbəri İsrayıl İsmayılovun müşayəti ilə müəssisə ilə yaxından tanış oldular, daha sonra Heyvandarlıq şöbəsinin müdiri Xalid bəy və Baş baytar həkim Gökhan Tokhun ilə fikir mübadiləsi apardılar və qarşılıqlı əməkdaşlığın daha da sıxlaşdırılması yönündə danışıqlar apardılar. Səfərin sonunda Vetaqro şirkəti adından simvolik təşəkkürnaməni təqdim edən Qamət Əliyev təsərrüfat nümayəndələrinə səmimi və qonaqpərvər qarşılanmaya görə öz minnətdarlığını bildirdi.