ISOLEUCINE
Описание
“Preparatın ticarət adı”nın “Preparatın Azərbaycan dilində adı”: ISOLEUCINE FEED GRADE
Preparatın beynəlxalq adı: L-Isoleucine.
Preparatın təsviri: Xarici görünüşcə ağ- açıq sarı rəngli, kristal və ya kristalik, spesifik iyli toz halındadır
Dərman forması: toz şəkilli
Preparatın tərkibi fəal maddə: ISOLEYSIN - 97.50 %
Farmako-terapevtik qrupu: quru yem əlavəsi
Preparatın təyinatı: Yem əlavəsi
Qablaşdırma forması: Kisə
Saxlanılma şəraiti və yararlılıq müddəti: 2il ay. Yem əlavəsi istehsalçı qablaşdırılmasında, sərin, quru, qaranlıq, yaxşı havalandırılan, heyvanlardan və qida məhsullarından uzaq, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır və daşınmalıdır.
Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: Yem əlavəsinin farmakoloji xüsusiyyətləri onun tərkibinə daxil olan bioloji aktiv maddələrin xüsusiyyətləri ilə səciyyələnir. İzoleysin orqanizmada keton cisimləri və qlükoza üçün əsas tikinti materialı olmaqla yanaşı, qanda şəkərinin səviyyəsini tənzimləyir, hemoglobinin sintezini stimullaşdırır. Eyni zamanda, o orqanizmanın həddindən artıq serotonin istehsalından qoruyur. Yem əlavəsi heyvanlarda və quşlarda maddələr mübadiləsini stimullaşdırır, onların boy və inkişafını surətləndirir, ümumiyyətlə məhsuldarlığı artırır.
Tətbiqinə göstərişlər: Yem əlavəsi ev heyvanlarının, broyler-cücələrin, toyuqların təmir cavanlarının, hind toyuqlarının və digər növ ev quşların yemlərinin əsasən izoleysinlə zənginləşdirməsi üçün istifadə olunur
İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi ev heyvanlarının, ev quşların fizioloji vəziyyətindən, məhsuldarlığından, istifadə olunan yemlərin tərkibindən asılı olaraq qarışıq yem hazırlayan zavodlarda və ya təsərrüfatların yem sexlərində yem hazırlanan zaman yemlərə qatılmaq üçün istifadə edilir. Yem qatılacaq miqdar yem rasionunda L-İzoleysinin səviyyəsindən, aminli turşunun tərkibindən asılı olaraq müəyyən edilir. Qarışdırma müasir qarışdırıcılar və texnologiya ilə aparılmalı və yem əlavəsinin ümumi yem kütləsində bərabər yayılması təmin edilməlidir.
Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup quşlar və heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Yanaşı mənfi təsirləri: Məsləhət görülən qaydada tətbiq edildikdə yanaşı mənfi təsir müşahidə edilmir.
Artıq doza fəsadları: Yem əlavəsi, istifadə olunan yemlərin tərkibindən asılı olaraq qarışıq yem hazırlanan zaman yemlərə qatılmaq üçün istifadə edilir.
Əks göstərişlər: Müəyyən edilməmişdir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Heyvanlar və quşların məhsulları məhdudiyyətsiz olaraq istifadə edilə bilər və gözləmə vaxtı tələb olunmur.