GEOSOL®%80

115.70
-
+
Weight : 1 grams
Category :

Description

Oral məhlul tozu  |  Antibakterial

TƏRKİBİ
Hər qramda: 800 mq Oksitetrasiklin hidroxlorid vardır.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Tetrasiklin qrupuna bağlı geniş bir spektrli oksitetrasiklin, ona həssas olan mikroorqanizmlərə qarşı ribosomun 30 S alt bölümünə geri dönməz şəkildə bağlayaraq zülal protein sintezini ləngidir və bakteriostatik təsir göstərir.
Oral yolla tətbiq edildikdə sürətli və yüksək bir konsentrasiyada sorulub, bədənin hər tərəfinə yayılır və müxtəlif heyvan növlərində qan içində yarı ömrü  6-8 saat arasındadır. Effektiv qan sıxlığını qorumaq üçün tətbiqetmə, 12 saatlıq fasilələrlə təkrarlanmalıdır. Effektiv sıxlıqlarda plevra, periton və baş beyni -onurğa beyni (serebrospinal) maye içərisinə keçir. Qaraciyər, dalaq, prostat, öd və sidikdə toplanır. Göstərilən farmakokinetik profil sistemli infeksiyalarının müalicəsi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir. Oksitetrasiklin böyük miqdarda sidiklə və daha az miqdarda öd yolu ilə xaric olunur. Buna görə sidik xaric olurat sistemi xəstəliklərində və qaraciyər infeksiyalarında olduqca təsirlidir. Öd ilə xaric olunan hissəsi, bağırsaqlardan geri sorulur və enterohepatik dövranına daxil olur.

İSTİFADƏ SAHƏSİ
Qanadlılarda (cücə, gənc toyuq, toyuq və hind toyuqlarında: Xroniki tənəffüs yolları infeksiyalar (CRD), ev quşları zökəm və xolera, digər bakterial enterit, pullorum, mavi qabartı, yoluxucu sinovit və sinuzit. Hinduşkalarda: Erisipel infeksiyas 
Day, buzov və quzularda (rumen aktivliyi hələ başlamayıb): Neonatal septikemiya ilə əlaqədar ishal hallarda, Septisemiya neonatorum səbəbilə  ağciyər və bağırsaq infeksiyaları, virus infeksiyaları ilə birləşən bakterial tənəffüs sistemi infeksiyaları, Mycoplasma spp. infeksiyalar (PPLO), Pasterellyoz.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Oksitetrasiklin üçün hədəf olan heyvan növləri üçün tövsiyə edilən gündəlik oral müalicəvi dozası qanadlılarda gündə 30-40 mq/kq təşkil edir: day, buzov və quzularda gündə 40 mq/kq .a/gün: pişik və itlərdə isə 60 mq/kq c.a. olmaqla aşağıda göstərilən praktik dozalarda tətbiq olunur. Göstərilən farmakoloji doza vahidlərinə əsaslanaraq Geosol 80% aşağıda göstərilən praktik dozalarda içməli suda həll edilərək içirilmə yolla tətbiq olunur.

Heyvan Növü

İşlədı̇lmə Qaydasi və Dozası

Toyuq, hinduşka

Hər 200 kq c.a. üçün gündə 7,5-10 qram toz günlük içmə suyuna qatılaraq içirilir. Klinik sağalma vaziyyətindən asılı olaraq eyni tətbiqetmə üsulu 3-5 gün ərzində təkrarlanır.

 

Quzu, buzov, day

Hər 20 kq c.a. üçün gündə 1 qram toz kifayət qədər su ilə qarıştırılaraq içirilir. Gündəlik ümumi dozanın ikiyə bölünüb vurulması məsləhət görülür. Preparatla müalicə 3-5 gün davam etdirilir (südlə qarışdırmayın).

Kütləvi sağalma tətbiq edilən ev quşları sürülərində istifadə gündəlik olaraq istifadə ediləcək Geosol 80%-un su anbarında  homogen şəkildə qarışdırılmasını təmin etmək üçün əvvəlcədən 3-5 litr suda həll edildikdən sonra su anbarına köçürülüb kifayət qədər qarışdırılmalıdır. Preparatlı su hər gün təzə olaraq hazırlanır.
 

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə zamanı və son preparat tətbiq edildikdən sonra böyüdülən quzu və buzovlar 10 gün, toyuq və hinduşkalar, 14 gün keçmədən kəsimə göndərilməməlidir. Müalicə zamanı və son preparatın tətbiqindən sonra 14 gün ərzində əldə edilən yumurtalar, insan istehlakına təklif edilməməlidir.

BURAXILIŞ FORMASI
1 kq

 

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}