Description
TƏRKİBİ
Hər ml başına: 600.000 I.U. Spiramisin və köməkçi vasitə kimi antimikrob qoruyucu maddələr üçün benzil
spirti var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
Spiramisin ribosomun 50S alt bölümünə bağlanaraq və translokasiya addımının qarşısını alaraq bədənin
protein sintezinə təsir göstərir. Spiramisin, bu ribosoma 50S alt qisminə bağlanmaq məqsədilə hüceyrələrə
daxil olmaq üçün toxumalarda yüksək konsentrasiyaya çata bilər. Spiramisin mikoplazma, qram-mənfi və
qram-müsbət bakteriyalara qarşı bakteriostatik təsir göstərən antimikrob agentdir. Spiramisin Staphylococcus
aureus, Mannheimia haemolytica və Pasteurella multocida bakteriyalarına qarşı təsirlidir.
Farmakokinetik xüsusiyyətləri:
Əzələ daxili inyeksiyasından sonra spiramisin sürətlə sorulur və 3 saatda maksimum plazma konsentrasiyasına
yüksəlib çatır. Spiramisin zəif bir bazadır, ionlaşdırılmış deyil və yağda əriyir: buna görə passiv diffuziya yolu ilə
hüceyrə membranlarını asanlıqla keçir. Spiramisin, plazmaproteinlərinə aşağı nisbətdə bağlanır. Əhəmiyyətli
bir toxuma paylamasına malikdir: Xüsusilə bronxial maye, ağciyər parenximası, alveolyar makrofaqlar,
yelində və süddə yüksək konsentrasiyalarda rast gəlinir. Spiramisin, qaraciyərdə metabolizə olunur, onun ilkin
metaboliti neospiramisin antimikrob təsirə malikdir. Spiramisin, əsasən öd ifrazatı ilə xaric olunur.
Tətbiq edildikdən sonra 1.34 I.U./ml zirvə konsentrasiyasına 3.07 saatda (tmax) çatır. Əzələ daxili
inyeksiyasından sonra 1 saat ərzində serum dəyərinə bərabər və ya daha yüksək konsentrasiyaya çatır.
Tətbiqetmədən bir gün sonra bronxial selikdə plazma ilə müqayisədə 49 ağciyər toxumasında isə 137 dəfə
yüksək sıxlığında olur. Bu nisbət, bronxial sekresiyalarda da 4-7 arasındadır.
İSTİFADƏ SAHƏSİ
Mal-qarada:
-Pasteurella multocida və Mannheimia haemolytica-dan qaynaqlanan tənəffüs yollarının infeksiyalarının
müalicəsi
- Sağmal inəklərdə spiramininə həssas olan Staphylococcus aureusunda ştammların səbəb olduğu
kəskin klinik mastitin müalicəsi
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Mastit: 30.000 I.U./kq spiramisin (5 ml/100 kq bədən çəkisi) 24 saat fasilələrlə 2 dəfə əzələdaxili olaraq tətbiq
edilir.
Tənəffüs yolları infeksiyaları: 100.000 I.U./kq spiramisin (5 ml/30 kq bədən çəkisi) 48 saat fasilələrlə iki dəfə
əzələdaxili olaraq tətbiq edilir.
Doza iki inyeksiya ilə tətbiq olunmalı təqdirdə, inyeksiya boynun hər iki tərəfinə vurulmalıdır. İki dəfədən
çox inyeksiya tələb olunduğu halda, boyunun bir tərəfindəki iki inyeksiya yeri arasında ən az 15 sm məsafə
olmalıdır.
İkinci dozada (24 və ya 48 saatdan sonra) bənzər tətbiqetmə həyata keçirməlidir və bütün müalicə sahələrində
inyeksiya yerləri arasında ən az 15 sm məsafə təmin edilməlidir. Bu prosedura, inyeksiya sahələrinin bir
birindən ayrılması üçün lazımdır.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Müalicə müddətində və son preparatın tətbiqindən sonra mal-qaralar 75 gün keçmədən kəsimə
göndərilməməlidir.
Mastitin müalicəsində (30.000 I.U./kq diri çəki): Müalicə zamanı və son preparat tətbiq edildikdən sonra
aşağıdakı əldə edilən inək südü 13,5 gün (27 sağım) ərzində insan istehlakına təklif edilməməlidir.
Tənəffüs yolları infeksiyaların müalicəsində (100.000 I.U./kq diri çəki): Südü, insan istehlakı üçün nəzərdə
tutulan heyvanlara qarşı tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
50- 100 - 250 ml