VETAMOKS® %50

0.00

Not in Stock

Weight : 1000 grams
Category :
Animals :

Description

Oral məhlul tozu | Antibakterial

TƏRKİBİ
Hər qramda: 500 mq Amoksisillin bazasına ekvivalent olan amoksisilin trihidrat var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Amoksisillin, çox sayda qram-müsbət və qram-mənfi bakteriyalara təsir göstərən və geniş bir antibakterial spektrə və sürətlə
inkişaf edən bakterisid təsirə malikdir. Antibakterial təsir mexanizmi, sürətlə inkişaf edən və yayılma mərhələsindəki həssas
patogen bakteriyalarda murein maddəsinin əsasını təşkil edən peptidoglikan zəncirinin sintezinin qarşısını almaq və bununla
əlaqədar hüceyrə divarının meydana gəlməsini pozmaq və bakteriyaların lizisinə yol açmaq vasitəsilə baş verir. Heyvanlara
ağızdan tətbiq edildikdə, həzm traktından asanlıqla və tamamına yaxın nisbətlərdə sorularaq və yarım saat ərzində təsirli
qan sıxlığına çatır və bütün bədənə yayılır. Xüsusilə tənəffüs yollarında, qaraciyərdə, böyrəkdə və sidik sistemində qatılaşır.
Effektiv sıxlıqdakı yumşaq toxumalar, dəri və selikli qişalara da keçir. Amoksisillin böyrəklər vasitəsilə, əsasən boru sekresiya
mexanizmi sayəsində xaric olunur. Bir doza ilə qəbul edilən preparatın kiçik bir hissəsi penisiloik turşuya hidrolizə edilmiş
təsirsiz metabolitlər şəklində və əksər hissəsi heç bir dəyişikliyə məruz qalmadan xaric olur.

İSTİFADƏ SAHƏSİ
Broyler toyuqlarında və hinduşkalarda, Pasteuralla sp., Haemophilus sp., E.coli, Streptococcus sp. Salmonella sp kimi həssas
bakteriyaların tərəfindən meydana gətirilən infeksiyaların müalicəsində istifadə olunur.
 

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Amoksisillinin farmakoloji dozası toyuqlarda 15 mq/kq, hinduşkalarda 15-20 mq/kq təşkil edir. Toyuqlara praktik olaraq 30 mq
Vetamoks %50 oral məhlul tozu/k diri çəki və hinduşkalara 40 mq Vetamoks %50 oral məhlul tozu/k diri çəkisi şəklində tətbiq
olunur.
Gündəlik amoksisillinin miqdarını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilərək hesablanır:
Vetamoks %50 gündəlik miqdarı (q) = Toyuq sayı x orta hesabla diri çəki (kq) x 30
1000
Vetamoks %50 gündəlik miqdarı (q) = Hinduşka sayı x orta hesabla diri çəki (kq) x 40
1000
Bu düstura görə 10.000 heyvan üçün tələb olunan dərman miqdarı aşağıdakı cədvəldə verilmişdir.

Orta Hesabla Diri Çəki (kq)

10.000 Ədəd Toyuq Üçün VETAMOKS %50’in Gündəlik Miqdarı (q)

10.000 Ədəd Hinduşka Üçün VETAMOKS %50’in Gündəlik Miqdarı (q)

0.25

75

100

0.50

150

200

0.75

225

300

1.00

300

400

1.25

375

500

1.50

450

600

1.75

525

700

2.00

600

800

2.25

675

900

Preparat, tətbiq edilmədən ən azı 2 saat əvvəl içməli suyun verilməsi dayandırılmalıdır. Preparat, az miqdarda su ilə əvvəlcədən
əridildikdən sonra su anbarına ötürülür. (orta hesabla 100 q preparat üçün 300 ml su əlavə edilərək yaxşı-yaxşı silkələnir).
Hazırlanmış məhlul, gözləmədən su qabına əlavə edilir və yavaş-yavaş qarışdırılır. Heyvanlara, preparatlı su tükənmədən
heyvanlara təmiz su verilməməlidir. 8 saat ərzində istifadə edilməyən preparatlı su atılmalıdır. Preparat tətbiqi tamamlandıqdan
sonra normal içməli suya qaytarılır. Sərt su ilə həll olunduqda qismən bulanıqlıqlar görünə bilər, ancaq bu, preparatın
effektivliyini dəyişdirmir. Beş gündən kiçik cücələr, bədən çəkilərinə görə daha az su istifadə etdikləri üçün tövsiyə olunan
farmakoloji dozanın qəbul edilməsini təmin etmək üçün tələb oluna Vetamoks 50% miqdarı 1000 ppm konsentrasiyasını təmin
edəcək şəkildə (100 qram preparat/ 50 l su) içməli suda həll olunaraq 2-3 saat ərzində istifadə edilməlidir. Tövsiyə olunan
dozalar və vaxtlar aşılmamalıdır.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən sonra toyuqlar 1, hind
toyuqları 5 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün yumurta, əldə edilən qanadlılara tətbiq edilməməlidir.
Yumurtlayan gənc toyuqlarda yumurtlamaya başlamazdan 3 həftə əvvəl tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
1 kq 

Stokda tükənib.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}