Description
"DOLLİ-SERA 5 ML"-İnyeksiya üçün maye.
Vaksinin tərkibi: Hiperimmun serum -Salmonella Typhimurium (titr≥1/320), Salmonella Dublin (titr≥1/320), Pasteurella multocida tip 1 (titr≥1/16), Mannheimia haemolytica A1 (titr≥1/16), Trueperella (Arcanobacter) pyogenes (titr≥1/160), Escherichia coli bakteriyasının "11A" və "CD" ştamları (titr≥1/960) və Clostridium perfringens C tipinin ẞ anatoksin (titr≥10 BV) inaktivləşdirilmiş ştammlarından hazırlanmışdır. Tərkibə, stabilizator kimi 0,4%-li fenol və 1,0 ml- qədər fizioloji məhlul əlavə edilmişdir.
Preparatın təsviri: Xarici görünüşcə, rəngs, şəffaf, inyeksiya üçün steril mayedir.
Dərman forması: Inyeksiya üçün maye.
Qablaşdırılma forması: Preparat 5, 25, 50 və ya 100 ml həcmində tünd rəngli Şüşə flakonlarda qablaşdırılmışdır. Flakonlar butil tıxacla hermetik bağlanmış. aluminium qapaqlarla bərkidilmişdir.
Vaksinin saxlanılma qaydası: Preparat istehsalçı qablaşmasında, uşaqlar üçün əlçatmaz yerdə, soyuducuda (+2°-den +8°C-dək) temperatur aralığında, saxlanılmalı və həmin temperatur rejimində də daşınımalıdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti: Hazırlandığı vaxtdan etibarən 2 (iki) il. Hipeimmun serumun düzgün saxlanılmaması və ya işlənməməsi onun səmərəliliyini aşağı sala bilər. Preparatın yararlılıq müddəti bitdikdə istifadəyə yararsız hesab edilir
Etiketsiz, yararlılıq müddəti bitmiş, tamlığı və ya qablaşdırma hermetikliyi pozulmuş, rəngi və ya içində olan konsistensiyası dəyişmiş, eləcə də açıldıqda 12 saat ərzində istifadə edilməyən hiperimmun serumun flakonları 2,0 saat qaynadılma yolu ilə zərərsizləşdirilir.
II. İmmunobioloji xüsusiyyətləri
Hipeimmun serum buzov, quzu və oğlaqlarda Salmonella Typhimurium, Salmonella Dublin, Pasteurella multocida tip 1, Mannheimia haemolytica, Trueperella (Arcanobacter) pyogenes, Escherichia coli bakteriyasının "11A" və "CD" ştamları və Clostridium perfringens C tipinin ẞ toksini tərəfindən törədilən septisemiya, enterit və yuxarı tənəfüs yolları xəstəliklərdən qorumaq və müalicə emək məqsədi ilə istifadə edilir.
Hiperimmun serum zərərsizdir, xəstəliklərdən qorumaq və müalicəvi xüsusiyyətlərə malikdir.
III.İstifadə qaydaları
Hiperimmun serum aşağıdakı qaydalar üzrə istifadə edilir.
Xəstəliklərdən qorumaq məqsədi ilə, buzovlara 5,0 ml, quzu və oğlaqlara 1,0 ml həcmində dərialtına inyeksiya edilir. Xəstəliklərin müalicəsində hiperimmun serum, buzovlara 10,0 ml, quzu və oğlaqlara 3,0 ml həcmində dərialtına inyeksiya edilir.
Xəbərdarlıqlar:
-Preparatın flakonlarını günəş şualarından və istidən qorumaq lazımdır.
-Preparat soyuq havada, bədən temperaturuna qədər isidilir, onun hamamında və ya qızdırıcı cihazlar yanında isidilməsi yol verilməzdir. su
-Preparatın istifadəsi zamanı aseptika və antiseptika qaydalarına riayət edilir. -Açılmış flakonlar gün ərzində istifadə edilir. Boş flakonlar və ya serumun qalıqları utilizasiya olunur.
-Soyuq zəncir sistemi preparatın daşınması zamanı təmin edilməlidir.
-Yüksək temperatura məruz qalmış və ya günəş şuaları altına düşmüş və ya
flakonun üzərindəki yazılar və tamlığı pozulmuş hiperimmun serum istifadəyə yararsızdır.
-Preparat təlimata uyğun istifadə edildikdə, heyvanlarda mürəkkəbləşmələr müəyyən edilməmişdir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Heyvanlar ətlik məqsədi ilə 14 sutka sonra kəsilə bilərlər.