Description
Iri buynuzlu heyvanlarda Rota, Corona virusları ve E.coli bakteriyası tərəfindən törədilən diareyalara qarşı inaktivləşdirilmiş vaksin
Preparatın tərkibi: Vaksin, "Bovine rotavirus" ("G6", "G10" ve "G8"), ELISA titri: 22,1 log 10, "Bovine coronavirus" ELISA titri: 22,1 log 10 ve "Escherichia coli" ("H-K99+F41" va "H-K99+F(Y)") SAT22,2 log 10, ştammlarının inaktivləşdirilmiş antigenlərindən hazırlanmışdır. Köməkçi maddələr: Aluminimum hidroksid və saponin.
Preparatın təsviri: Vaksin çəhrayı rəngli, steril suspenziya halındadır. Dərman forması: Inyeksiya üçün suspenziya.
Qablaşdırılma forması: Vaksin 1 ədəd (5ml) 1. 10 ədəd (5ml) 1, 1 ədəd (25ml) 5, 1 ədəd (50ml) 10 və 1 ədəd (100 ml) 20 peyvand dozası olan rezin tıxacla hermetik bağlanmış, alüminium qapaqla bərkidilmiş şüşə və ya polipropilen flakonlarda qablaşdırılır. Preparatın 1 və 5 peyvənd dozası olan nümunələri ikinci tip şüşə flakonlarda, 10 və 20 peyvənd dozası olan nümunələr isə ikinci tip şüşə flakonlarda və ya polipropilen flakonlarda qablaşdırılır.
Vaksinin saxlanılma qaydası: Preparat istehsalçı qablaşmasında, uşaqlar üçün əlçatmaz yerdə, soyuducuda +2°-den +8°C-dək temperatur aralığında. saxlanılmalı və həmin temperatur rejimində daşınmalıdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti: Hazırlandığı vaxtdan etibarən 2 (iki) il. Vaksinin düzgün saxlanılmaması və ya işlənməməsi onun səmərəliliyini aşağı sala bilər. Vaksinin yararlılıq müddəti bitdikdə istifadəyə yararsız hesab edilir.
Etiketsiz, yararlılıq müddəti bitmiş, tamlığı və ya qablaşdırma hermetikliyi pozulmuş, rəngi və ya içində olan konsistensiyası dəyişmiş, eləcə də açıldıqda 6-8 saat ərzində istifadə edilməyən vaksin flakonları 2 saat qaynadılma yolu ilə zərərsizləşdirilir.
II. İmmunobioloji xüsusiyyətləri
Vaksin boğaz inəklərdən və düyələrdən alınmış buzovlarda Rota, Corona virusları və E.coli bakteriyası tərəfindən törədilən diareyalara qarşı passiv immunitet yaradır.
Vaksinin bir immunlaşdırıcı dozasında, "Bovine rotavirus" ("G6", "G10" və "G8"). ELİSA titri: 22,1 log 10, "Bovine coronavirus" ELISA titri: 22,1 log 10 ve "Escherichia coli" ("H-K99+F41" və "H-K99+F(Y)") SAT22,2 log 10, ştammlarının inaktivləşdirilmiş antigenləri vardır. Vaksin zərərsizdir, müalicəvi xüsusiyyətləri yoxdur.
III. İstifadə qaydaları
Vaksin boğaz inəklərdən və düyələrdən alınmış buzovlarda Rota, Corona virusları və E.coli bakteriyası tərəfindən törədilən diareyaların profilaktikası məqsədi ilə işlədilir.
Xəstəliyin kliniki əlamətləri olan və xəstə heyvanların vaksinasiyası yol verilməzdir.
Vaksin aşağıdakı qayda üzrə istifadə edilir.
Vaksin boğaz inəklərə və düyələrə aseptika və antiseptika qaydalarına uyğun olaraq 5 ml dozada dərialtına inyeksiya edilir.
Vaksin flakonlarını günəş şüalarından və istidən qorumaqazımdır.
Vaksin flakonu istifadədən əvvǝal otaq temperaturuna qadar isidilir və köpük əmələ gəlməmək şərti ilə çalxalanır.
Təlimata uyğun vaksinasiya aparıldıqda, heyvanlarda postvaksinal mürəkkəbləşmələr müəyyən edilməmişdir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı tələb olunmur
IV. Təhlükəsizlik tədbirləri
Baytarlıq preparatlarını istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hər hansı bir təhlükə baş verərsə, həkimə müraciət etmək lazımdır.
Vaksinasiyanın həyata keçirilməsində iştirak edən bütün şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar (rezin çəkmələr, xalat, şalvar, baş geyimi, əlcək, qapalı tipli eynəklər, respiratorlar). İş yerlərində təcili yardım üçün dərman qutusu olmalıdır.
İstehsalçı: "Dollvet Veteriner Aşı llaç Biyolojik Madde Üretmi San. ve Tic. A.Ş.. Türkiye.
Buraxılış forması-5ml, 50ml.