"PASTEDOLL-3"-100ml
Description
"PASTEDOLL-3"-İnyeksiya üçün maye.
Vaksinin tərkibi: 2,0 ml-da: Vaksin 37%-li formalinlə inaktivləşdirilmiş aluminium hidroksidlə çökdürülmüş Pasteurella multocida type (Robert) (titr≥104 PD), Pasteurella (Mannheimia) haemolytica A1 (titr≥42 UE). Pasteurella (Mannheimia) haemolytica A2 (titr≥ 42 UE) vaksin ştammlarından hazırlanmışdır. Tərkibə, qoruyucu vasitə kimi Tiomersal- 0,0001 q və distillǝ edilmiş su- 2,0 ml-ə qədər əlavə edilmişdir.
Preparatın təsviri: Vaksin samanı rəngli, zəif çöküntülü, çalxaladıqda homogen inyeksiya üçün steril mayedir.
Dərman forması: İnyeksiya üçün maye.
Qablaşdırılma forması: Preparat 20, 50 və 100 ml həcmində qəhvəyi rəngli Şüşə flakonlarda və ya 20, 50, 100, 200, 250 və 500 ml miqdarında polipropilen flakonlarda qablaşdırılmışdır. Flakonlar butil tıxacla hermetik bağlanmış. aluminium qapaqla bərkidilmişdir.
Vaksinin saxlanılma qaydası: Preparat istehsalçı qablaşmasında, uşaqlar üçün əlçatmaz yerdə, soyuducuda (+2°-dən +8°C-dək) temperatur aralığında, saxlanılmalı və həmin temperatur rejimində də daşınımalıdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti: Hazırlandığı vaxtdan etibarən 2 (iki) il. Vaksinin düzgün saxlanılmaması və ya işlənməməsi onun səmərəliliyini aşağı sala bilər. Vaksinin yararlılıq müddəti bitdikdə istifadəyə yararsız hesab edilir
Etiketsiz, yararlılıq müddəti bitmiş, tamlığı və ya qablaşdırma hermetikliyi pozulmuş, rəngi və ya içində olan konsistensiyası dəyişmiş, eləcə də durulaşdırılmış və 2 saat ərzində istifadə edilməyən vaksin flakonları 2,0 saat ərzində qaynadılma yolu ilə zərərsizləşdirilir.
II. İmmunobioloji xüsusiyyətləri
Vaksin iri buynuzlu heyvanlarda, qoyun, keçi, quzu və oğlaqlarda pasterella törədicilərinə qarşı, 4 həftə fasilə verilməklə 2 dəfə vaksinasiyadan aparıldıqdan sonra, onlarda 12 ay davam edən immunitet yaradır.
Vaksin zərərsizdir, müalicəvi xüsusiyyətləri yoxdur.
III. İstifadə qaydaları
Vaksin iri buynuzlu heyvanlarda, qoyun, keçi, quzu və oğlaqlarda pasterellyoz xəstəliyinin profilaktikası məqsədi ilə işlədilir.
Xəstəliyin kliniki əlamətləri olan və xəstə heyvanların vaksinasiyası yol verilməzdir.
Vaksin dərialtına inyeksiya edilməklə, aşağıdakı qaydalar üzrə istifadə edilir. Buzov və danalara (100 kq-a qədər diri kütləsi olanlara)-2 ml; İnəklərə (çəkisi 100 kq-dan yuxarı olanlara)- 4,0 ml;
Qoyun və keçilərə- 2,0 ml;
Quzu və oğlaqlara - 1,0 ml preparat hesabı ilə inyeksiya edilir həftəlikdən yaşları böyük olan bütün heyvanlar vaksinasiya olunur.
Boğazlıq dövrünün son 1/3 aylarında olan boğaz heyvanların vaksinasiyası tövsiyə edilmir. Vaksin flakonlarını günəş şüalarından və istidən qorumaq lazımdır.
Vaksin flakonu istifadədən əvvəl otaq temperaturuna qədər isidilir və köpük əmələ gəlməmək şərti ilə çalxalanır.
Təlimata uyğun vaksinasiya aparıldıqda. heyvanlarda postvaksinal mürəkkəbləşmələr müəyyən edilməmişdir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Heyvanlar ətlik məqsədilə 14 sutka sonra kəsilə bilərlər.
IV. Təhlükəsizlik tədbirləri
Baytarlıq preparatlarını istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hər hansı bir təhlükə baş verərsə, həkimə müraciət etmək lazımdır.
Vaksinasiyanın həyata keçirilməsində iştirak edən bütün şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar (rezin çəkmələr, xalat, şalvar, baş geyimi, əlcək, qapalı tipli eynəklər, respiratorlar). İş yerlərində təcili yardım üçün dərman qutusu olmalıdır.
İstehsalçı: "Dollvet Veteriner Aşı İlaç Biyolojik Madde Üretmi San. Ve Tic. A.Ş.",
Türkiyə.