LAC GLÜKOL
Описание
"Lac Glycol"-Premiks yem alavesi baytarlıq preparati.
Preparatın təsviri: Açıq qəhvəyi rəngli, özlü mayedir.
Dərman forması: Maye.
Preparatın tərkibi fəal maddələr 1 litr-də: Niasin-4000 mq, Xolin-1000 mq,Metionin-4000 mq, Lizin- 2500mq, Kalsium propiat-50000 mq, Monopropilen qlikol-50 mq, Sorbitol-20 mq, Qliserol-100000 mq, Bəkməz-15 mq.
Farmako-terapevtik qrupu: Premiks yem alavesi baytarlıq preparati.
Qablaşdırma forması: Yem əlavəsi 50, 100, 250, 500 ml həcmində polipropilen alüminium paketlər və ya şüşə flakonlarda və 20 litrlik bidonlarda qablaşdırılır.
Saxlanma şəraiti və yararlılıq müddəti: Istehsalçı qablaşmasında, quru, qaranlıq, sərin, yaxşı havalandırılan, uşaq və heyvanlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Yararlılıq müddəti 2 (iki) il.
Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: "Lac Glycol" heyvanların yem rasionuna əlvə edilən yem əlavəsidir. Yem əlavəsini yemlərə qatılması sayəsində yem minerallar-amin turşularla zənginləşir. onun enerji dəyəri yüksəlir. "Lac Glycol"-un heyvanların müxtəlif yaş qrupu dövrlərində mineral-amin turşu çatışmazlığını aradan qaldırmaq üçün onların rasionuna əlavə edilməsi çox faydalıdır.
Tətbiqinə göstərişlər: Yem əlavəsi heyvanların yem rasionunun mineral-amin turşu mənbəyini, yəni yemin qidalılıq dəyərini artırmaq məqsədi ilə tətbiq edilir.
Istifadə və dozalaşdırma qaydaları: Yem premiksi bir ton içməli suya 1 litr əlavə edilməklə və ya yemə qarışdırılaraq heyvanlara yedizdirilir. Qarışdırma müasir qarışdırıcılar və texnologiya ilə aparılmalı və premiksin yem kütləsində bərabər yayılması təmin edilməidir
Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməzindən əvvəl kiçik qrup heyvanlar (3-5 baş) üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır. .
Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsir yoxdur
Əks göstərişlər: Yem sərfiyyatını azaldır.
Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat verilmiş heyvanların məhsullarından istifadə üçün gözləmə vaxtı tələb olunmur və bütün məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.
Buraxılış forması : 20LT