OPTİPAK

0,00
-
+
Масса : 5.0 килограммы
Категория :
Heyvanlar :

Описание

"OptiPack"-Yem əlavəsi.

Yem əlavəsinin təsviri: Xarici görünüşcə toz halındadır.

Yem əlavəsinin forması: Toz şəkilli.

Yem əlavəsinin tərkibi fəal maddələr: Vitamin A- 1500.000BV, Vitamin D- 300.000 BV, Vitamin E- 3000 mq, Vitamin K-100 mq, Vitamin B1-60 mq, Vitamin B2- 250 mq, Vitamin B3- 200 mq, Vitamin B5- 300 mq, Vitamin B6- 50 mq, D(+)Biotin (Vitamin B8)- 50 mq, Vitamin C- 200mq. Minerallar: Mn, Fe, Zn, Cu.Yod, Se, Co. Canlı maya: Saccharomyces Cerevisiae- 100,000 mq.

Farmako-terapevtik qrupu: Yem əlavəsi.

7Qablaşdırma forması: Polietilen içlikli kağız kisələrdə 5.0, 10.0 ve 25,0 kq miqdarında qablaşdırılır.

Saxlanma şəraiti və yararlılıq müddəti: İstehsalçı qablaşmasında, quru, qaranliq. sərin, yaxşı havaland@lan, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Yararlılıq müddəti 1 (bir) ildir.

Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri farmakoloji va xüsusiyyətləri: "OptiPack" heyvanların yem rasionuna əlavə edilən yem əlavəsidir. Yem əlavəsini yemlərə qatılması sayəsində yem vitamin və minerallarla zənginləşir, onun enerji dəyəri yüksəlir. Preparat yemlə qarışdırılaraq verilir. Yem əlavəsi arılarda xəstəliyə davamlığı və məhsuldarlığı artırır.

Tətbiqinə göstərişlər: Yem əlavəsi heyvanların yem rasionunun vitamin, mineral, karbohidrat, proteinlərlə zənginləşdirmək, yəni yemin qidalılıq dəyərini artırmaq məqsədi ilə tətbiq edilir. Yem əlavəsi heyvanlarda xəstəliyə davamlılığı və inkişafı artırır, maddələr mübadiləsini stimullaşdırır.

İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi yemlərə və yemlik xammala yem zavodlarında və təsərrüfatların yem hazırlayan sexlərində yem hazırlanan zaman yem xammalına və qarışıq yemlərə qarışdırılır. "OptiPack" 1,0 ton yemə və ya yem xammalına 10,0 kq və ya hər heyvan başına gündə 100 q miqdarında
qarışdırılır. Qarışdırma müasir qarışdırıcılar və texnologiya ilə aparılmalı və yem əlavəsinin ümumi yem kütləsində bərabər yayılması təmin edilməlidir.

Qeyd: Yem əlavəsinin kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.

Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsiri yoxdur.

Əks göstərişlər: Yoxdur.

Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, sxsi mühafizə vasitələrindən istifadə edilməlidir.

Yem əlavəsi tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Yem əlavəsi verilmiş heyvanların məhsullarından istifadə üçün gözləmə vaxtı tələb olunmur və bütün məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.

İstehsalçı: "ZNF Besin Maddeleri. San ve Tic. Ltd. Sti", Türkiyə

Buraxılış forması: 5kq, 10kq, 25kq.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}