NERVİT® KOMPOZE
Описание
İnyeksiya edilə bilən məhlul | Vitamin
TƏRKİBİ
Hər ml başına: 100 mq Vitamin B1, 10 mq Vitamin B6 ehtiva edir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Nervit Kompoze inyeksiya edilə bilən məhlul, B qrupuna aid olan vitaminləri Tiamin (Vitamin B1), Piridoksin
(Vitamin B6) birləşməsidir.
Tiamin, pirofosfor turşusu esteri şəklində karbohidrat metabolizmində iştirak edir və aktiv sirkə turşusunun
meydana gəlməsini təmin edən bir katalizator rolunu oynayır. Aktiv sirkə turşusu, toxumalarda piruvik və
laktik turşunun yığılmasını aradan qaldıraraq, sinir impulslarının ötürülməsində iştirak edən asetilkolinin
meydana gəlməsində böyük rol oynayır. Buna əsasən B1 vitamin inyeksiyasından qısa müddət sonra
orqanizmin karbohidrat və yağ metabolizminin və sinir funksiyalarının nizamlandığı, böyümənin isə
sürətləndiyi müşahidə edilir.
Piridoksin (B6 Vitamini), hidroksillənmiş və iki metil spirt qrupu ehtiva edən bir piridin törəməsidir. Amin
turşularının katabolizmi və anabolizmi ilə əlaqəli ferment reaksiyalarında bir koferment rolunu oynayır. Bu
baxımdan amin turşusu metabolizmi ilə karbohidrat, yağ turşuları və enerji mübadiləsi arasında mühüm bir
əlaqə qurur. Eyni zamanda, hemoglobinin formalaşması üçün də lazımdır.
İSTİFADƏ SAHƏSİ
Nervit Kompoze, B1 və B6 vitaminlərinin çatışmazlığına səbəb olan hallarda göstərilir.
• B1 və B6 vitamin çatışmazlığı səbəbilə ortaya çıxan və səbəbsiz görünən artan həssaslıq,
işığa həssaslıq, iştahsızlıq, inkişafın yavaşlaması və ya dayandırılması, quru kəpək dermatiti, saç tökülməsi,
lens pozulmaları, vaskulyarizasiya və katarakt, yeriş pozğunluğu, ataksiya, epileptik kramplar. parezlər,
ümumi zəiflik, periferik sinirlərdə miyelinin itkisi, mikrositik və ya hipokromik anemiya, qusma, udma çətinliyi,
rezorbsiya pozulmaları və həzm sistemindəki mukozanın pozulmaları, polensefalomalaziyaya səbəb olan
xəstəliklər, işkənbə asidozu və alkalozu, mədə bağırsaq sistemi ilə əlaqəli xəstəliklər və infeksiyaların
müalicəsində dəstək məqsədli istifadə olunur.
• Ayıdöşəyi kimi tiaminaz fermenti ehtiva edən bitkilərlə zəhərlənmələr, çiy balıqla bəslənmə və amprolium
tətbiqində antaqonizm səbəbilə əmələ gələn B1 vitamini çatışmazlığında istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Hayvan Növü |
Doza |
Mal-qara, at |
10 - 20 ml |
Buzov, day |
3 - 5 ml |
Dana, day (1 yaşdan yuxarı) |
5 - 10 ml |
Quzu- oğlaq |
1 - 2 ml |
Qoyun- keçi |
3 ml |
Pişik- it |
1.5 - 2 ml |
Əzələ daxili (I.M.), damardaxili (I.V.) və ya dərialtı (S.C.) yolla simptomlar yoxa çıxana qədər tətbiq edilir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Ət və süd üçün “0” sıfır gündür.
BURAXILIŞ FORMASI
50- 100 - 250 ml