"VETFOS-B12"-50ml

0,00
-
+
Масса : 50 грамм
Категория :
Heyvanlar :

Описание

İnyeksiya edilə bilən məhlul | Vitamin - Mineral

TƏRKİBİ
Hər ml başına: 100 mq Butafosfan (17.30 mq fosfora bərabərdir) və 0.05 mq B12 vitamini ehtiva edir.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Vetfos- B12 inyeksiya edilə bilən məhlulun aktiv maddələrindən biri olan Butafosfan, enerji mübadiləsində rol
oynayır və xüsusi olaraq ADP-ATP sintezini artdırır. Qaraciyər və əzələ toxumasındakı fermentlərdən biri olan
Aspartate Amino Transferase (AST) yüksəldiyi bəzi metabolik səbəblərə görə qaraciyər xəstəliklərində və əzələ
xəstəliklərində AST-ni nəzarət altına alır. Butafosfanın başqa bir xüsusiyyəti, hamar əzələli orqanlarının reaksiya
qabiliyyətlərini artırmasıdır. Butafosfan, immunoloji reaksiyaları tənzimləyir.
Vetfos- B12-nin ehtiva etdiyi B12 vitamini, karbohidrat və yağ metabolizmi sayəsində və protein sintezi də daxil olmaqla
müxtəlif metabolik funksiyalarda bir koferment rolunu oynayır. Qanın formalaşmasında iştirak edir, eritrositlərin
əmələ gəlməsini və ümumi inkişafını stimullaşdırır. Homosisteindən başlayaraq, metioninin sintezində aktiv rol
oynayır. Metionin, fol turşusu və malon turşusu metabolizminə təsir etdiyinə görə, böyümə, hüceyrələrin çoxalması,
hematopoez, nukleoprotein və miyelin sintezi üçün lazımlı bir vitamindir. B12 vitamini, lipidlərin metabolizmində
dolayı təsir göstərir və yağ degenerasiyasına qarşı olan təsirə malikdir. Qaraciyəri, degenerasiyadan qoruyur.

İSTİFADƏ SAHƏSİ
Vetfos-B12 mal-qara, at, qoyun, keçi, pişik və itlərdə:
• Fosfor və ona bağlı kalsium çatışmazlığı halları, yeni doğulmuş balaların skelet sisteminin inkişafında
geriqalma, kiçik ev heyvanlarında kifayət etməyən bəslənmədən qaynaqlanan zəiflik halları, fosfor
çatışmazlığı və bununla əlaqəli inkişaf edən osteomalasiya və raxit, sinir sisteminin pozulmaları, sümük
qırıqları (D vitamini preparatları ilə birlikdə) və xarici maddə yemək kimi vərdişlər (pika).
• Metabolik səbəblərə görə qaraciyər və əzələ xəstəlikləri, qaraciyərin degenerasiyasına qarşı qorunma,
• Mal-qarada, B12 vitamini çatışmazlığına səbəb olan işkənbə/birinci mədə asidozu və alkalozu kimi hər cür qida
ilə əlaqəli həzm etməmə halları, ketoz və həzm sisteminin infeksiyaları,
• B12 vitamini çatışmazlığı səbəbilə iştahasızlıq, qusma və diareya, oynaqlarda ağrılar, yüngül və ya orta
dərəcədə pernisioz anemiya, atların lümbagosu,
• Xroniki xəstəliklər və xroniki metabolik xəstəliklər, gənc heyvanların yetişdirilməsi ilə əlaqəli xəstəliklərə
bağlı inkişaf geriliyi, vaxtında hamilə qalıb balaların yetişdirilməsi ilə əlaqəli pozulmalar, düzgün olmayan qulluq
və qidalanma kimi hallar.
• Yerindən qalxmaqda gücsüzlük, iştahasızlıq, xroniki həzmsizlik və ya birinci mədənin dolması, qidalanma
pozulmaları, süd məhsuldarlığının azalması, əsəbi simptomlar və s. kimi ikinci anemiya və parazitar anemiya
hallarında dəstəkləyici olaraq və həddindən artıq yorğunluq, doğuşdan sonra qidalanma çatışmazlığı,
arıqlama, xəstəliklərdən sonra halsızlıq kimi hallarda tətbiq olunur.
• Sağlam heyvanlarda: İş, yük və qaçağan heyvanlarda məhsuldarlığı artırmaq üçün orqanizmin xəstəliklərə
qarşı müqavimətini artırmaq üçün istifadə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Vetfos- B12 ,damardaxili, dərialtı və əzələdaxili; atlarda, mal-qara, dana, qoyun, keçi, it və pişikdə
Kəskin xəstəliklərdə;
At, mal-qara: 5-25 ml/gün, day dana: 5-12 ml/gün, qoyun, keçi: 2,5-5 ml/gün, quzu: 1,5-2,5 ml/gün, it (ölçüyə
görə): 0,5-5 ml, pişik, kürk heyvanı: 0,5-2,5 ml/gün Bu gündəlik dozalar, istənilən effekt əldə edilənə qədər hər
gün təkrarlanır.
Xroniki xəstəliklərdə: yuxarıda göstərilən dozaların yarısı verilir, istədiyiniz effekt əldə edilənə qədər 1-2 həftəlik
və ya daha az fasilələrlə təkrarlanır.
Sağlam heyvanlara məhsuldarlığı artırmaq məqsədilə yuxarıda göstərilən dozaların yarısı tətbiq edilir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Ət və süd üçün “0 (sıfır) gündür.
 

BURAXILIŞ FORMASI
50- 100 - 250 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}