ASCORVET
Məzmun
İnyeksiya edilə bilən məhlul | Vitamin
TƏRKİBİ
Hər ml başına: 250 mq Askorbin turşusu (Vitamin C) və köməkçi olaraq metil paraben və propil paraben
var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
C vitamini olaraq bilinən askorbin turşusu, inkişaf etmiş canlılarda sağlam yaşayışın davam etdirilmasi,
böyümə, inkişaf və optimal məhsuldarlıq üçün mütləq zəruri olan mikroelementlərdən biridir. Canlı
bədəndəki əsas fizioloji təsirlər, oksidləşmələr başda olmaqla, çox tərəfli biokimyəvi reaksiyalara iştirakı ilə
sıx bağlıdır. Bu çərçivədə, orqanizmdə baş verən çox tərəfli oksidləşmə və reduksiya reaksiyalarında bir
hidrogen daşıyıcısı rolunu oynayır. Birbaşa iştirak edən reaksiyaların əhəmiyyətli bir hissəsi, heyvanlarda
mezenximal mənşəli strukturu və bütövlüyü ilə sıx bağlıdır. Beləliklə, sümük və diş matrisası və kapilyar
endotel hüceyrələri arasında birləşdirici toxumaların meydana gəlməsində iştirak edən kollagen,
proteoglikanlar və digər üzvi iştirakçı maddələrin sintezi baş verir. Göstərilən fizioloji və farmakoloji təsirlər,
askorbin turşusunun sinqa/skorbut xəstəliyi ilə əlaqədar qoruyucu və müalicəvi təsirinin əsasını təşkil
edir. Askorbin turşusu, adrenal qabıqda və cinsiyyət vəzilərində hazırlanan hormonların sintezlənməsi,
və ifraz olunması üçün həlledici əhəmiyyətə malikdir. Bu istiqamətdəki aktivliyi ilə ev heyvanlarının stress
yaradan mənfi amillərə qarşı müqavimətini artırır, immunitet sistemini dəstəkləyir və stimullaşdırır: onların
reproduktiv məhsuldarlığını gücləndirir.
İSTİFADƏ SAHƏSİ
Ascorvet, ev heyvanlarında C vitamini (askorbin turşusu) dəstəyini təmin etmək, C vitamini
çatışmazlığından qaynaqlanan və ya C vitamini ehtiyacını artıran xəstəliklərin müalicəsi və qorunması
üçün istifadə olunur. Bu çərçivədə, həddindən artıq temperatur, irəli mərhələdə olan hamiləlik, yarış və
çox enerji tələb edən yorucu minik və yarış atı təlimi kimi stress yaradan vəziyyətlərdə: müxtəlif yoluxucu
xəstəliklərdə və bərpa dövrlərində, əsas müalicəyə dəstəkləyici olaraq inkişaf, qidalanma və adaptasiya
pozulmalarında: anemiya, hemorragik xəstəliklər, qastro-enterit, dana atəşi, hipokalsemiya, mikotoksikoz
və digər zəhərlənmə hallarının klinik və dəstəkləyici müalicəsi əsas göstərişlərini təşkil edir.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Ascorvet atlarda: əzələdaxili (i.m.), damardaxili (i.v.), mal-qarada: əzələdaxili (i.m.), damardaxili (i.v.),
dərialtı (s.c.), dana, qoyun və keçilərdə: köpək və pişiklərdə əzələdaxili (i.m.), dərialtı (s.c.); əzələdaxili
(i.m.), damardaxili (i.v.), qarın daxili (i.p.) yollardan inyeksiya edilərək tətbiq edilir.
Askorbin turşusunun ev heyvanlarının növlərinə, fizioloji vəziyyətə, bədən çəkisinə və çatışmazlıq
vəziyyətinə görə parenteral yollarla verilən gündəlik müalicə dozaları: Atlarda 5-10 mq/kq, mal-qara, qoyun
və keçilərdə 4-6mq/kq, köpəklərdə 25-500 mq, pişiklərdə 25-75 mq arasında tətbiq edilir.
Atlarda: Gündə 8-16 ml dozada istənilən effekt əldə edilənə qədər, əzələdaxili və damardaxili tətbiq olunur.
Mal-qarada: 7-12 ml dozalarında, əzələdaxili, damardaxili və dərialtı olaraq, həftədə 2 dəfə 3-6 həftə
ərzində təkrarlanaraq tətbiq edilir.
Dana, qoyun və keçilərdə: 1.5-3 ml miqdarda, əzələdaxili və dərialtı şəkildə aparılır, həftədə iki dəfə və 3
həftədən az olmayaraq təkrarlanır.
İtlərdə: ¼-2 ml dozasında və istənilən terapevtik effekt əldə olunana qədər, əzələdaxili, damardaxili və
qarın daxili olaraq təkrarlanır.
Pişiklərdə: Əzələ daxili, damardaxili və qarın daxili yol ilə, ¼-½ ml dozasında və istədiyiniz effekt əldə
olunana qədər təkrarlanır.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m): Ət və süd üçün “0” sıfır gündür.
BURAXILIŞ FORMASI
50 ml - 5x10 ml-lik ampula