CALSAFE

0,00
-
+
Çəki : 100 qram
Heyvanlar :

Məzmun

İnyeksiya edilə bilən məhlul | Mineral

TƏRKİBİ
Hər ml başına: 450 mq Kalsium qlükonat, 20 mq Kalsium qluonalaktobionat, 37 mq Kalsium asetat,
30 mq Maqnezium hipofosfit, 90 mq Bor turşusu var.
 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Kalsium, maqnezium və fosforun balanslı birləşməsi şəklində hazırlanan Calsafe inyeksiya edilə bilən
məhlul, bütün ev heyvanlarında əlaqəli mineralların olmaması səbəbindən inkişaf edən xəstəliklərin
müalicəsində və qorumasında istifadə olunan bir məhluldur. Kalsium və maqnezium, xüsusilə turşu bazası
tampon sistemində vacib elektrolit funksiyalarına malikdir. Kalsiumun 99% və fosforun 70% -i sümüklərdə
yığılıb saxlanılır. Kalsium, sümük quruluşundakı sabitlik vəzifəsinə əlavə olaraq osmoregulyasiya, əzələ
yığılması, qan laxtalanması, ATP aktivləşdirmə və sinir stimullaşdırılması kimi funksiyalara malikdir. Sümük
quruluşunda aktiv bir maddə olmaqla yanaşı, kalsium, proteinlərin kolloid vəziyyətinə təsir göstərir. Proteinlərin
dispersiyasını/parçalanmasını azaltmaqla qan damarlarının keçirmə qabiliyyətini azaldır. Doku mayelərində
kalsium ionlarının olmaması, sinir qanqlionlarının aktivliyini artırır ki, bu da tetanik vəziyyətin yaranmasına
səbəb olur. Kalsium damardaxili yolla tətbiq edildikdə, ürək və damarların fəaliyyətini stimullaşdırır. Simpatik
sinir sistemini stimullaşdırır və adrenalin ifrazını artırır. Maqnezium, fosfor və karbohidratların metabolizmində
bir koferment rolunu oynayır və bir çox ferment sistemini aktivləşdirir. MSS stimullaşdırılmasını sakitləşdirmək
və stimullaşdırma həddini artırmaq üçün məsuldur.
Fosfor, nukleoproteinlərin və fosfolipidlərin quruluş bloku elementidir və aralıq metabolizminə təsirindən ötəri
kəskin və xroniki metabolik anormallıqlara və reproduktiv fəaliyyətlərə tənzimləyici təsir göstərir. Sağlam
sümük və diş böyüməsi və bunun saxlanması üçün lazımdır
Bor turşusu, boroqlukonik kompleksinin əmələ gəlməsindən məsuldur və damardaxili olaraq tətbiq edildikdə
Ca ionunun ərimə qabiliyyətini artırır.

İSTİFADƏ SAHƏSİ
Calsafe, at, mal-qara, qoyun və keçilərdə: kalsium, fosfor və maqnezium çatışmazlığı ilə əlaqəli xəstəliklərin
müalicəsi və qorunması üçün göstərilir.
• Süd qızdırması (Paresis Puerperalis), madyanlarda laktasiya tetanusu.
• Hamilə inəklərdə tranzit tetanusu, inəklərdə doğumdan əvvəl tövlə tetanusu, mal-qarada çəmən tetanusu.
• Raxitizm, süd inəklərində sümük əriməsi (osteomalasiya), kökəldilmiş danalarda topallıq (degenerativ
osteoartroz), sdilmişə oynaq pozulmalar
• Sınıq sümüklərin qaynatmasını sürətləndirir: ftor zəhərlənməsinə bağlı sümük xəstəlikləri.
• Yeməyin həzmsizliyi.
• Zəifliyi və yumşaqlığı (parezi), belin iflici (paraplegie) və heyvanın ayaqda durmasını çətinləşdirən digər xəstəliklər üçün dəstəkləyici bir müalicə kimi.
• Qanlı ishal hadisələri, xəsarətlər, daxili qanaxma hadisələri: mal-qarada qanlı sidik xəstəliyi (heamaturia
vesicalis bovis), burun qanaxması və qanaxma olan xəstəliklərinə dəstəkləyici müalicə kimi.
• Qurğuşun, ftor və ya oksalat turşusu ilə zəhərlənmələr halında əsas müalicəyə dəstəkləyici vasitə kimi.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:

Hayvan Növü

Doza

Mal-qara, at

Qoyun, keçi

80 - 100 ml

15 - 25 ml

 

Calsafe: damardaxili, əzələdaxili və ya dərialtı şəkildə tətbiq edilə bilər. Ancaq damardaxili inyeksiya yavaşyavaş
vurulmalıdır. Əzələdaxili və dərialtı tətbiqlərdə dozanı bölüb, inyeksiyanı 3-4 fərqli nöqtəyə vurmaq
tövsiyə olunur.

 

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Ət və süd üçün “0” gündür.
 

BURAXILIŞ FORMASI
100 - 250 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}