"MASTİDOLL -3"100ml

0,00
-
+
Çəki : 100 qram
Heyvanlar :

Məzmun

"MASTIDOLL -3"-İnyeksiya üçün steril emulsiya.

Vaksinin tərkibi: Vaksin inaktivləşdirilmiş Escherichia coli, antigen D5 (titr≥1/40), inaktivləşdirilmiş antigen Staphylococcus aureus (titr≥ 1/40) və inaktivləşdirilmiş antigen Mycoplasma bovis (titr≥1/40) törədicilərinin ştammlarından hazırlanmışdır. Preparatın tərkibinə 50% yağlı adyuvant, 0,4%-li formaldehid məhlulu və 1,0 ml-ə qədər fizioloji məhlul əlavə edilmişdir.

Preparatın təsviri: Xarici görünüşcə, ağ rəngli, homogen emulsiyadır.

Dərman forması: Inyeksiya üçün steril emulsiya.

Qablaşdırılma forması: Preparat 2.0 və ya 4,0 ml həcmində 1-ci Tip tünd rəngli Şüşə flakonlarda və ya 10, 20, 50 və ya 100 ml miqdarınmda Il-ci Tip tünd rəngli şüşə və ya 10, 20, 50 və ya 100 ml həcmində polipropilen flakonlarda qablaşdırılmışdır. Flakonlar butil tıxacla hermetik bağlanmış, aluminium qapaqlarla bərkidilmişdir.

Vaksinin saxlanılma qaydası: Preparat istehsalçı qalaşmasında, uşaqlar üçün əlçatmaz yerdə, soyuducuda (+2°-dən +8°C-dək) temperatur aralığında, saxlanılmalı və həmin temperatur rejimində də daşınımalıdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti: Hazırlandığı vaxtdan etibarən 2 (iki) il. Preparatın düzgün saxlanılmaması və ya işlənməməsi onun səmərəliliyini aşağı sala bilər. Preparatın yararlılıq müddəti bitdikdə istifadəyə yararsız hesab edilir

Etiketsiz, yararlılıq müddəti bitmiş. tamlığı və ya qablaşdırma hermetikliyi pozulmuş, rəngi və ya içində olan konsistensiyası dəyişmiş, eləcə də açıldıqda 12 saat ərzində istifadə edilməyən vaksin flakonları 2,0 saat qaynadılma yolu ilə zararsizlasdirilir.

 

                       II. İmmunobioloji xüsusiyyətləri

 

Vaksin inək və düyələrdə Escherichia coli (D5 antigeni), Staphylococcus aureus və Mycoplasma bovis törədiciləri tərəfindən baş verən mastitlərin profilaktikası məqsədi ilə tətbiq edilir.

Vaksin zərərsizdir, profilaktika məqsədi ilə istifadə edilir, müalicəvi xüsusiyyətləri yoxdur.

İstifadə qaydaları

Vaksinin bir dozası 2,0 ml miqdarında əzələdaxili inyeksiya edilir.

Xəbərdarlıqlar:

- Preparat yalnız təcrübəli baytar həkimin nəzarəti altinda istifadə olunur.
Xəstə, zəif heyvanların vaksinasiyası yol verilməzdir.

-Preparatın flakonlarını günəş şualarından və istidən qorumaq lazımdır.

-Preparat soyuq havada, bədən temperaturuna qədər isidilir, onun su hamamında və ya qızdırıcı cihazlar yanında isidilməsi yol verilməzdir.

-Preparatın istifadəsi zamanı aseptika və antiseptika qaydalarına riayət edilir. -Açılmış flakonlar gün ərzində istifadə edilir. Boş flakonlar və ya vaksinin qalıqları utilizasiya olunur.

-Soyuq zəncir sistemi preparatın daşınması zamanı təmin edilməlidir.

-Yüksək temperatura məruz qalmış və ya günəş şuaları altına düşmüş və ya flakonun üzərindəki yazılar və tamlığı pozulmuş vaksin istifadəyə yararsızdır.

- Vaksinasiyadan 14 gün əvvəl və 14 gün sonra başqa immunbioloji preparatların istifadəsi tövsiyə edilmir.

-Preparat təlimata uyğun istifadə edildikdə, heyvanlarda mürəkkəbləşmələr müəyyən edilməmişdir.

Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Gözləmə vaxtı tələb olunmur.

             

                       IV. Təhlükəsizlik tədbirləri
 

Baytarlıq preparatlarını istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hər hansı bir təhlükə baş versə, həkimə müraciət etmək lazımdır.

Vaksinasiyanın həyata keçirilməsində iştirak edən bütün şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar (rezin çəkmələr, xalat, şalvar, baş geyimi, əlcək, qapalı tipli eynəklər, respiratorlar). İş yerlərində təcili yardım üçün dərman qutusu olmalıdır.

İstehsalçı: "Dollvet Veteriner Aşı İlaç Biyolojik Madde Üretmi San. ve Tic. A.Ş.". Türkiyə

 

Buraxılış forması: 50ml,100ml.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}