TRİCHODOLL 4ML
Məzmun
"TRİCHODOLL 4ML"-Iri buynuzlu heyvanların Trichophyton verrucosum infeksiyaları əleyhinə qoruyucu ve müalicəvi qurudulmuş, diri vaksin.
Vaksinin tərkibi: Vaksin-qurudulmuş, diri Trichophyton verrucosum göbəliyinin ştammından hazırlanmışdır (titr≥3,75x106,0 CFU-18,751060 CFU). Köməkçi maddələr: Natrium xlorid- (0,8%), jelatin-(1,25- 5,0 mq/ml), saxaroza- (1,875-7,5 mq/ml). Durulducu- Natrium xlorid (8,5mq), Kalim xlorid- (0,21mq), İkiatomlu natrium fosfat dodekahidrat - (2.40mq). Kalium ikiatomlu hidrogen fosfat- (0,21mq), 1,0 ml-ə qədər inyeksiya üçün su.
Preparatın təsviri: Vaksin ağ rəngli, liofilizasiya edilmiş məsaməli quru kütlə halındadır və flakonda hermetik bağlanmış rəngsiz, şəffaf və çöküntüsüz durulducu şəklindədir.
Dərman forması: Inyeksiya suspenziyası üçün quru kütlə.
Qablaşdırılma forması: Preparat liofilizasiya olunmuş quru kütlə 1,0, 2,0, 5,0. 10 vǝ 20 peyvənd dozası olan 10 ml həcmində şüşə flakonlarda və müvafiq durulducu 4.0, 8.0. 20, 40 ve 80 ml miqdarında şüşə flakonlarda qablaşdırılmışdır. Flakonlar butil tıxacla hermetik bağlanmış, aluminium qapaqlarla bərkidilmişdir.
Vaksinin saxlanılma qaydası: Preparat istehsalçı qablaşmasında uşaqlar üçün əlçatmaz yerdə, soyuducuda (+2-dən +8°C-dək) temperatur aralığında. saxlanılmalı və həmin temperatur rejimində də daşınımalıdır. Dondurmaq olmaz
Yararlılıq müddəti: Hazırlandığı vaxtdan etibarən 2 (iki) il. Vaksinin duzgun saxlanılmaması və ya işlənməməsi onun səmərəliliyini aşağı sala bilər. Vaksinin yararlılıq müddəti bitdikdə istifadəyə yararsız hesab edilir.
Etiketsiz, yararlılıq müddəti bitmiş, tamlığı və ya qablaşdırma hermetikliyi pozulmuş, rəngi və ya içində olan konsistensiyası dəyişmiş, eləcə de durulaşdırılmış və 2 saat ərzində istifadə edilməyən vaksin flakonları 2,0 saat ərzində qaynadılma yolu ilə zərərsizləşdirilir.
II. İmmunobioloji xüsusiyyətləri
Vaksin, iri buynuzlu heyvanların Trichophyton verrucosum infeksiyalarına qarşı, ikinci vaksinasiyadan 21 gün sonra, onlarda immunitet yaradır.
Vaksinin bir immunlaşdırıcı dozasında, qurudulmuş, diri Trichophyton verrucosum göbəliyinin ştammı vardır. Vaksin zərərsizdir, müalicəvi və qoruyucu xüsusiyyətləri vardır.
III. İstifadə qaydaları
Vaksin iri buynuzlu heyvanların Trichophyton verrucosum infeksiyalarının müalicəsi və profilaktikası məqsədi ilə işlədilir.
Zəif, arıq, üzgün və ya yüksək hərarətli və ya iti infeksiya ocağında olan heyvanların vaksinasiyası qadağandır.
Vaksin profilaktika məqsədi ilə üç aylığ yaşına qədər olan buzovlara 2,0 ml, üç aylığından böyük olan heyvanlara 4,0 ml həcmində dozalaşdırılaraq əzələ içi sağrı nahiyyəsinə yeridilir. İkinci peyvənd 10-14 gün sonra eyni qayda üzrə tətbiq edilir. İkinci vaksinasiyadan 14 gün sonra 10-20 mm ölçüsündə 2-3 həftə ərzində qopub düşən, trixofitoza bənzər qabıqlar müşühidə edilir. Müalicə məqsədi ilə preparat iki həftə ara verilməklə iki qat dozada işlədilir. Vaksinasiya va revaksinasiya zamanı vaksinin birinci dəfə sağ və revaksinasiya isə sol tərəfə inyeksiya yeridilməsinə xüsusi fikir verilməlidir. Vaksinin eyni hissəyə və eyni yerə tətbiqi qadağandır. Boğaz heyvanların vaksinasiyasına (stress amillərini
gözləməklə) əks göstəriş yoxdur. Vaksin flakonlarını güneş şualarından və istidən qorumaq lazımdır.
Vaksin flakonu istifadədən əvvəl otaq temperaturuna qədər isidilir və durulaşdırılaraq, köpük əmələ gəlməmək şərti ilə çalxalanır.
Təlimata uyğun vaksinasiya aparıldıqda, heyvanlarda postvaksinal mürəkkəbləşmələr müəyyən edilməmişdir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Heyvanlar ətlik məqsədilə 14 sutka sonra kəsilə bilərlər.
IV. Təhlükəsizlik tədbirləri
Baytarlıq preparatlarını istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hər hansı bir təhlükə baş verərsə, həkimə müraciət etmək lazımdır.
Vaksinasiyanın həyata keçirilməsində iştirak edən bütün şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar (rezin çəkmələr, xalat, şalvar, baş geyimi, əlcək, qapalı tipli eynəklər, respiratorlar). İş yerlərində təcili yardım üçün dərman qutusu olmalıdır. Vaksinasiyadan sonra bütün istifadə edilmiş vasitələr inaktivləşdirilməlidir. Onların atılması qadağandır. Inaktivləşdirilmə üçün 37%-li formaldehid məhlulu 1,0 saat və ya 1,0%-li persirkə turşusu məhlulu (hidrogen peroksidlə sirkə turşusunun qarışığı) 4 saat müddətində və ya qaynadılma yolu ilə (100°C-də) 2 saat tövsiyə edilir.
İstehsalçı: "Dollvet Veteriner Aşı İlaç Biyolojik Madde Üretmi San. ve Tic. A.Ş.", Türkiyə
Buraxılış forması: 4ML