"ULTRADOLL-8"-250ml
Məzmun
"ULTRADOLL-8"-İnyeksiya üçün maye.
Vaksinin tərkibi: Preparat 37%-li formaldehid məhlulu ilə inaktivləşdirilmiş. aluminium hidroksid və fenol qarışığında çökdürülmüş Clostridium perfringens B anatoksin (titr≥10 BV), Cl.perfringens £ anatoksin (titr≥ 5 BV), Cl. Novyi a anatoksin (titr≥3,5 BV), Cl. septicum a anatoksin (titr≥2,5 BV), Cl. tetani anatoksin (titr≥2,5 BV), Cl.chauvoei (titr≥90% qoruyuculuq) və Cl.haemolyticum (titr≥75% qoruyuculuq) bakteriyalarının ştammlarından hazırlanmışdır.
Preparatın təsviri: Xarici görünüşcə, zəif çöküntülü, açıq qəhvəyi rəngli, steril mayedir.
Dərman forması: İnyeksiya üçün maye.
Qablaşdırılma forması: Preparat 20, 50 və ya 100 ml həcmində tünd rəngli Şüşə flakonlarda və ya 20, 50, 100, 200, 250 və ya 500 ml miqdarında polipropilen flakonlarda qablaşdırılmışdır. Flakonlar butil tıxacla hermetik bağlanmış, aluminium qapaqlarla bərkidilmişdir.
Vaksinin saxlanılma qaydası: Preparat istehsalçı qablaşmasında, uşaqlar üçün əlçatmaz yerdə, soyuducuda (+2°-dən +8°C-dək) temperatur aralığında, saxlanılmalı və həmin temperatur rejimində də daşınımalıdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti: Hazırlandığı vaxtdan etibarən 2 (iki) il. Preparatın düzgün saxlanılmaması və ya işlənməməsi onun səmərəliliyini aşağı sala bilər. Preparatın yararlılıq müddəti bitdikdə istifadəyə yararsız hesab edilir
8Etiketsiz, yararlılıq müddəti bitmiş, tamlığı və ya qablaşdırma hermetikliyi pozulmuş, rəngi və ya içində olan konsistensiyası dəyişmiş, eləcə də açıldıqda 12 saat ərzində istifadə edilməyən vaksin flakonları 2,0 saat qaynadılma yolu ilə zərərsizləşdirilir.
II. İmmunobioloji xüsusiyyətləri
Vaksin qoyun və keçilərdə enterotoksemiya, infeksion nekrotik hepatit, bradzot, emfizematoz karbunkul, basillyar icxterohemoqlobinuriya, tetanus, quzu və oğlaqlarda enterotoksemiya, dizenteriya, tetanus, qaramalda enterotoksemiya. yaman keyfiyyətli şiş, emfizematoz karbunkul, basillyar ixterohemoqlobinuriya və tetattanus xəstəliklərinə görə qeyri sağlam və bu xəstəliklərə yoluxma təhlükəsi olan təsərrüfatlarda profilaktika məqsədi ilə tətbiq edilir.
Vaksin zərərsizdir, profilaktika məqsədi ilə istifadə edilir, müalicəvi xüsusiyyətləri yoxdur.
Boğazlığın son 3 aylığında heyvanları vaksinasiya etmək tövsiyyə edilmir.
III. Istifadə qaydaları
Vaksinin bir dozası 21 gün fasilə verilməkle 2 defe, heyvanların 2 aylığından başlayaraq, qoyun, keçi, quzu və oğlaqlara qabaq ətrafların tüksüz nahiyəsinə, inek ve buzovların kürek sümüyünün arxa hissəsinə, dəri altı və ya əzələdaxili aşağıdakı miqdarda inyeksiya edilir:
- Qoyun və keçilere, buzoviara -2,0 ml; - Quzu və oğaqlara- 1,0 ml;
- İnəklər- 4,0 ml miqdarında inyeksiya edilir.
Xəbərdarlıqlar:
- Preparat yalnız təcrübəli baytar həkimin nəzarəti altinda istifadə olunur. - Xəste, zəif heyvanların vaksinasiyası yol verilməzdir.
-Preparatın flakonlarını günəş şüalarından və istidən qorumaq lazımdır. -Preparat soyuq havada, bədən temperaturuna qədər isidilir, onun su hamamında və ya qızdırıcı cihazlar yanında isidilməsi yol verilməzdir. -Preparatın istifadəsi zamanı aseptika və antiseptika qaydalarına riayət edilir. -Açılmış flakonlar gün ərzində istifadə edilir. Boş flakonlar və ya vaksinin qalıqları
utilizasiya olunur. -Soyuq zəncir sistemi preparatın daşınması zamanı təmin edilməlidir.
-Yüksək temperatura məruz qalmış və ya günəş şuaları altına düşmüş və ya flakonun üzərindəki yazılar və tamlığı pozulmuş vaksin istifadəyə yararsızdır. Vaksinasiyadan 14 gün əvvəl va 14 gün sonra başqa immunbioloji preparatların istifadəsi tövsiyə edilmir.
-Preparat talimata uyğun istifadə edildikdə, heyvanlarda mürəkkəbləşmələr
müəyyən edilməmişdir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı tələb olunmur.
IV. Təhlükəsizlik tədbirləri
Baytarlıq preparatlarını istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hər hansı bir təhlükə baş verərsə, həkimə müraciət etmək lazımdır.
1Vaksinasiyanın həyata keçirilməsində iştirak edən bütün şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar (rezin çəkmələr, xalat, şalvar, baş geyimi, əlcək, qapalı tipli eynəklər, respiratorlar). İş yerlərində təcili yardım üçün dərman qutusu olmalıdır.
İstehsalçı: "Dollvet Veteriner Aşı İlaç Biyolojik Madde Üretmi San. ve Tic. A.Ş.", Türkiyə.
Buraxılış forması 50ml,100ml,250ml.