GENTAVET® %10
Описание
İnyeksiya edilə bilən məhlul | Antibakterial
TƏRKİBİ
Hər ml başına: 100 mq Gentamisinə ekvivalent olan gentamisin sulfat və köməkçi maddə metil paraben,
propil paraben və natrium metabisulfit vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Gentamisin bir aminoqlikozid və orta spektrli bir antibiotikdir. bakterisid təsirini, ona həssas mikroorqanizmlərdə
ribosomun 30 S alt bölümünə geri dönmədən bağlanaraq protein sintezini ləngidərək təsir göstərir.
Gentamisinə həssas olan bakteriyalar bunlardır: E. coli, Enterobacter spp., Campylobacter spp., Klebsiella
spp., Yersinia spp., Serratia spp., Haemophilus spp., Pasteurella spp .
Ən çox Pseudomonas aeroginosa suşları və Staph. aureus əsasən həssasdır.
Ancaq Streptococcus spp-lərin və aralarında yer alan digər qram-müsbət bakteriyalar, bəzi Pseudomonas
spp. və anaerob bakteriyalar gentamisinə davamlıdır.
Gentamisin, əzələdaxili yolu ilə vurulduğunda 15 dəqiqə sonra təsirli olur və bir saat ərzində maksimum qan
sıxlığına yüksəlib çatır. %25-30 nisbətində serum proteinlərinə bağlanır. Bədənin toxuma hissələrinə tez və
geniş bir şəkildə yayılır. Plasenta, plevra və periton boşluqlarına keçir. Əsasən dəyişməz şəkildə sidiklə xaric
olur. Çox az miqdarda ayrıca öd və südlə də xaric olunur.
İSTİFADƏ SAHƏSİ
Mal-qara, at, it və pişiklərdə:
• Tənəffüs sistemi infeksiyaları,
• Urogenital sistem infeksiyaları (nefrit, pielonefrit, sistit, metrit, endometrit, servisit)
• Kolibasilloza, Salmonella və Gentaminə həssas bakteriyaların səbəb olduğu bakteremiya, septisemiya,
yumşaq toxuma infeksiyaları,
• Pişik və itdə otit externa vəziyyətində istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Gentamisinin farmakoloji dozası, gündə 4 mq/kq diri çəkisi /gün olmaqla doza hesablanır. Praktik dozalar
aşağıda göstərilir:
Heyvan Növü |
Diri Çəki |
Doza |
Mal-qara, at |
100 kq |
4 ml |
Dana, düyə |
50 kq |
2 ml |
Buzov, day |
25 kq 2 kq |
1 ml |
Pişik, it |
0.1 ml |
Gentavet %10 inyeksiya edilə bilən məhlul: əzələdaxili olaraq (i.m.) və dərialtı şəkildə (s.c.) tətbiq olunur.
Müalicə zamanı ilk gündə dozanı ikiyə bölməklə, ondan sonra gündə 1 dəfə 3 gün ərzində davam etdirilir.
Həddindən artıq dozaya qətiyyən yer verilməməlidir, xüsusən zəif və kiçik ölçülü heyvanlarda dozanın
tənzimlənməsi diqqətlə aparılmalıdır. Tətbiqetmə zamanı aseptika və antiseptika qaydalarına əməl edilməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənməsi müddəti (d.q.t.m.); müalicə müddətində və son Preparat tətbiqindən
sonra ət üçün yetişdirilən mal-qaralar 80 gün keçmədən kəsimə göndərilməməlidir. Müalicə zamanı və
son preparatın tətbiqindən sonra 2 gün (4 sağım) ərzində əldə edilən inək südü, insan istehlakına təklif
edilməməlidir.
BURAXILIŞ FORMASI
50- 100 - 250 ml