"MARBİOTİC %10"-250ML

0,00
-
+
Масса : 250 грамм
Категория :
Heyvanlar :

Описание

İnyeksiya edilə bilən məhlul | Antibakterial

TƏRKİBİ
Hər ml başına: 100 mq Marbofloksasin var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Marbiotic %10 inyeksiya edilə bilən məhlulun aktiv maddəsi olan Marbofloksasin, baytarlıq sahəsində
istifadə üçün hazırlanmış bir ftorokinolondur. DNT-giraza fermentini ləngidərək aktivlik göstərən
marbofloksasinin tərkibindəki oksadiazin halqası səbəbindən digər ftorokinolonlardan fərqlənir. Bu halqa
molekula uzun xaric olurat yarı ömrü və yaxşı bioloji faydalanma təmin edir.
Marbofloksasin geniş spektrli bir bakterisid təsirinə malik bir sintetik molekuldur. Bir çox qram-müsbət
bakteriya: xüsusilə Staphylococcus (S. aureus), Streptococcus (S. agalactiae, S. dysgalactiae), qrammənfi
bakteriyalar (Escherichia coli, Salmonella typhimurium, Citrobacter freundii, Enterobacter clocae,
Serratia marcescens, Morganella morganii növlər, Proteus növləri, Prote növləri) Pasteurella növlərinə,
Haemophilus növlərinə, Moraxella növlərinə, Pseudomonas növlərinə) və Mycoplasma növlərinə qarşı
təsirlidir.
Xinolon nüvəsi qram-mənfi antibakterial əleyhinə Antibakterial təsir təmin edir. Flüor atomu qram-müsbət
bakteriyalar da daxil olmaqla fəaliyyət spektrini genişləndirərək bakterisid təsirini artırır. Piperazine
halqası sayəsində Pseudomonas və Mycoplasmasa qarşı bakterisid təsir göstərir. C6 içərisində yer alan
karboksil qrupu molekula turşu səciyyə verir, lakin piperazin halqası da baza xarakterinə malikdir. Buna
görə Marbofloksasin amfoter quruluşa sahibdir. Piperazin halqasında para vəziyyətindəki metil qrupu
paylanma həcminin və yağlarda olan əksetmə qabiliyyətinin artmasını təmin edir. Bu xüsusiyyətlərə görə
orqanizmdə çox geniş və bərabər paylanma göstərir (toxumalar, əlavə və hüceyrədaxili hissələr).

İSTİFADƏ SAHƏSİ
Mal-qarada həssas bakteriyaların törətdiyi tənəffüs yolları infeksiyalarının müalicəsində istifadə olunur.
Kəskin mastit, yeni doğulmuş enterit və metritin müalicəsi üçün də göstərilir.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar tərəfindən başqa tövsiyə olunmadıqda; Marbiotic %10 mal-qarada parenteral yolla (dərialtı,
əzələdaxili, damardaxili) istifadə olunur.
Tənəffüs yolları infeksiyaları:
• Əzələdaxili inyeksiya vasitəsilə bir doza olaraq 8 mq/kq diri çəki hesablanması ilə, 2 ml/ 25kq diri çəki
dozasında,
• Dərialtı, əzələdaxili və ya damardaxili inyeksiya ilə 3-5 gün ərzində gündə 1 dəfə 2 mq/kq / diri çəki
hesablanması ilə hər 50 kq diri çəki üçün 1 ml işlədilir.
Kəskin mastit, neonatal enterit və metritin müalicəsində:
• Derialtı, əzələdaxili və ya damardaxili inyeksiya ilə, 3 gün ərzində gündə 1 dəfə 2 mq/kq / diri çəki
ilə hesablanması ilə hər 50 kq diri çəki üçün 1 ml işlədilir.
İnyeksiya ediləcək miqdar 20 ml-dən çox olarsa, iki və ya daha çox inyeksiya yerindən inyeksiya edilmək
üçün bölünməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən
sonra mal-qaralar 6 gün keçmədən kəsimə göndərilməməlidir. Müalicə müddətində və son preparatın
tətbiq edilməsindən sonra 1,5 gün (3 sağım) üçün alınmış inək südü istehlak üçün təqdim edilməməlidir.
 

BURAXILIŞ FORMASI
50- 100 - 250 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}