PAROMİSİN
Описание
Oral məhlul tozu | Bağırsaq Antibiotiki
TƏRKİBİ
Hər qramda: 70 mq Paromomisin bazasına ekvivalent olan 100 mq paromomisin sulfat, köməkçi olaraq
kolloid silikondioksid və dekstroz monohidrat vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Paromomisinin aminoqlikozid qrupundan olan bir bakterisid tasirinə malik bir antibiotikdir.
Paromomisin çox sayda qram-müsbət, qram-mənfi bakteriya və protozoonlara qarşı geniş spektrli təsirə
malikdir. Mikroorqanizmlərdə ribosomun 30S alt bölümünə bağlanır və translokasiya mərhələsində
polipeptid zəncirinin uzanmasının qarşısını alaraq protein sintezini ləngidir.
Fəaliyyət spektrinə Salmonella typhimurium və S. pullorum, Escherichia coli, Streptococcus agalactiae, S.
equisimilis, S. hyicus, Diplococcus pneumoniae, Listeria monocytogenes, Staphylococci, Brucella abortus
və B. melitensis, kimi daha yüksək konsentrasiyalarda isə Mycobacterium tuberculosis. kimi bakteriyalar
və Cryptosporidium parvum, Entamoeba histolytica, Trichomonas spp., Giardia intestinali, Leishmania
spp. kimi protozoonlar girir.
Escher Eschichia coli, Salmonella spp. və Cryptosporidium parvumun səbəb olduğu mədə-bağırsaq
sistemi infeksiyalarına qarşı təsirlidir.
İSTİFADƏ SAHƏSİ
Paromisin oral məhlul tozu, Escherichia coli, Salmonella spp. və Cryptosporidium parvumun səbəb olduğu
mədə-bağırsaq infeksiyalarının müalicəsində istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Paromisin oral məhlul tozunun hədəf növü, ruminasiya başlamayan buzovlardır. Məhsul süd və ya süd
əvəzedici yem ilə qarışdırılır və oral yolla verilir.
Ruminasiya başlamayan buzovlarda: Paromomisin sulfatın farmakoloji dozası kolibacilloz və salmonelloz
üçün gündə 25-50 mq/kq diri çəki/gün, kriptosporidioz üçün isə gündə 50-100 mq/kq diri çəki i/gündür.
Buzovlarda |
Paromisin oral məhlul tozu gündəlik praktik doza |
İstifadə müddəti |
Kolibacilloz və Salmonelloz |
2.5 - 5 q / 10 kq diri çəki/gün |
3 - 5 gün |
Kriptosporidioz |
5 - 10 q/10 kq diri çəki/gün |
5 gün |
Çəkilən uyğun miqdarda olan Paromisin oral məhlul tozunu, qidalanma şüşəsinin içərisinə əlavə edilir
və süd/süd əvəzedici yemi əlavə edib şüşə əmziyi bağlanır edin və silkələnərək qarışıq hazırlanır. Tozun,
qarışıq içərisinə yaxşıca və hərtərəfli yayılmasından əmin olmaq üçün yoxlanılmalıdır. Dərmanlı süd/süd
əvəzedici yem təzə hazırlanmalıdır.
Məhsul süd/süd əvəzedici yemə əlavə edildikdən sonra 6 saat ərzində istifadə edilməlidir. Hər buzov üçün
təyin olunan gündəlik doza, baytar həkiminin qiymətləndirməsinə əsasən bir dəfəlik və ya bölünməlidir.
Paromisin oral məhlul tozu, qidalarla farmakokinetik və ya farmakodinamik qarşılıqlı təsir göstərmir. Bununla
birlikdə, buzovun müalicəsi üçün lazımi dozanı aldığından əmin olmaq üçün buzovlar tətbiqetmədən əvvəl
2-3 saat əvvəl susuz qalmalı və bəslənməməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m): Müalicə müddətində və son preparatın tətbiq
edilməsindən sonra buzovlar 20 gün keçmədən kəsimə göndərilməməlidir.
BURAXILIŞ FORMASI
150 q - 2,5 kq