OXYBLUE Sprey
Описание
Oxytetracycline HCI-Antibakterial baytarlıq preparati.
Preparatın təsviri: Xarici görünüşcə mavi-bənövşəyi rəngli məhluldur.
Dərman forması: Sprey istifadə üçün məhlul.
Preparatın tərkibi fəal maddə: Oxytetracycline HCI-1,2%.
Farmako-terapevtik qrupu: Antibakterial baytarlıq preparati
Qablaşdırma forması: Preparat aerozol balonlarda 200 ml həcmində qablaşdırılır və karton qutuya qoyulur.
Saxlanılma şəraiti və yararlılıq müddəti: Preparat istehsalçı qablaşmasında yaxşı ventilyasiya olunan, sərin quru, qaranlıq, uşaqlar üçün əlçatmaz, ərzaq içki və yemlər olmayan yerdə. (+5°C- dan +35°C-dək) temperatur şəraitində saxlanılmalıdır Yararlılıq müddəti 2 (iki) ildir.
Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri xüsusiyyətləri: Oksitetrasiklin tetrasiklinlər qrupuna aid va farmakoloji geniş spektrli antibakterial təsirə malik bakteriostatik antibiotikdir. O bir sıra grammüsbət və qrammənfi bakteriyalara qarşı o cümlədən Eşerixiyalara Salmonellalara Stafilokoklara Streptokoklara Rikketsilərə və mikoplazmların bəzi növlərinə qarşı təsirlidir Psevdomonadlara protealara va klebsiellalara qarşı aşağı dərəcədə fəaldır Lakin göy irin çopuna ibtidailərə və göbələklərin çoxuna va xırda viruslara qarşı təsirsizdir. Onun təsir mexanizmi bakteriya hüceyrəsində ribosom səviyyədə 30S subvahidinə təsir göstərməklə zula sintezini əngəlləşdirməklə əlaqədardır.
Tətbiqinə göstərişlər: Preparat yüksək effektli antibakterial təsirli olmaqla, dəridə dırnaqda və yelində (məmələrdə) oksitetrasiklinə həssas olan qrammüsbət və qrammənfi mikroorqanizmlər tərəfindən törədilən yerli bakterial infeksiyaların profilaktikası və müalicəsi məqsədi ilə istifadə edilir. "Fastec Oxy Blue" sprey həm də göbəyin dezinfeksiyası, qoyunlarda dırnaq çürüməsi və buynuz kəsikləri zamanı istifadə edilir.
İstifadə və dozalaşdırma qaydaları: Preparat işlənəcək nahiyyəyə 15-20 sm məsafədən püskürtməklə istifadə edilir. Preparat sutkada iki dəfə tətbiq edilməlidir. Dırnaq çürüməsinin müalicəsi məqsədilə tətbiq edildikdə, əvvəlcə dırnaq və işlənəcək nahiyyə yaxşı təmizlənməlidir. Ciddi hallarda müalicə hər 7- 10 gündən bir xəstəliyin əlamətləri yox olana qədər təkrar edilməlidir. Preparat hər istifadədən qabaq yaxşı çalxalanmalıdır.
Qeyd: İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Yanaşı mənfi təsirlər: Məsləhət görünən qaydada tətbiq etdikdə yanaşı mənfi təsir müşahidə edilmir. Bəzən hiperhəssas heyvanlarda allergik reaksiyalar baş verə bilər.
Əks göstəriş: Preparata yüksək fərdi həssaslığı olan heyvanlarda, tətbiqi əks göstərişdir.
Gözləmə vaxtı: Məhsulun istifadəsi üçün gözləmə vaxtı tələb olunmur.
Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli və şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.
İstehsalçı: Faber Kimya & llaç San. Tic. Ltd. Sti", Türkiyə.