VESPEKLİN®-100ml
Описание
İnyeksiya edilə bilən məhlul | Antibakterial
TƏRKİBİ
Hər ml başına: 50 mq Linkomycin bazasına ekvivalent olan linkomycin hidroxlorid və 100 mq Spektinomisin
bazasına ekvivalent olan spektinomisin dihidroklorid pentahidrat və köməkçi maddə kimi antimikrob
qoruyucu məqsədli 10 mq benzil spirti var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
Linkomycin, Streptomyces lincolnensisdən əldə edilən linkosamidlər sinfinə aid bir antibiotikdir. 50 S
ribosomal alt hissələrə təsir göstərərək, bakterial protein sintezinə maneə törədir. Linkomycin xüsusilə
qram-müsbət bakteriyalara təsirli olmaqla, Bacillus sp., Corynebacterium sp., Erysipelothrix rhusiopathiae,
Stapylococcus sp., Streptococcus sp. (Enterococcus sp istisna olmaqla), Campylobacter sp., Actinomyces
sp., Bacteroides sp. (Bac. Fragilis daxil olmaqla), Clostridium perfringens (Clostridium sp. Xaric),
Fusobacteirum sp., Anaerobic cocci həssasdır.
Spektinomisin, Streptomyces flavopersicusdan əldə edilən bir aminoqlikozid qrupuna aid olan antibiotikdir.
30 S ribosomal alt hissələrə təsir göstərərək bakterial protein sintezinə maneə törədir və bakteriostatik təsir
göstərir. Əsasən qram-mənfi bakteriyalara təsirlidir. Bundan əlavə, qram-müsbət bakteriyalarına da təsir
göstərir. Əsasən Mycoplasma gallisepticum, M. meleagridis, M. synoviae, E. coli, P. multocida, Salmonella
sp., N. gonorrhoeoa, Shigella sp., Strep. Pneumonia, Strep. Pyogenlərə təsirli dir. Anaerob bakteriyalar və
Pseudomonas sp
Farmakokinetik xüsusiyyətləri:
Linkomycin, orqanlara və toxumalara effektiv şəkildə paylanır və buna görə orqan və toxumalarda
konsentrasiyası qanda olandan daha yüksəkdir. Linkomycin inyeksiya yerindən sürətlə sorulur və
30 dəqiqə ərzində zirvə səviyyəsinə çatır. Yarı ömrü 3-6 saat arasında dəyişir, plazmada isə təsirli bir
intensivlikdə 6-8 saat qalır. Dərman, südün içinə də keçir, süddəki səviyyəsi plazma səviyyəsindən 4-7 qat
arta bilər və 6-8 saat ərzində təsirli sıxlıqda olur. Spektinomisin, inyeksiya yerindən sürətlə sorulur və 60
dəqiqə ərzində zirvə səviyyəsinə çatır. Dövriyyədə plazma proteinlərinə çox bağlanmasa da, preparatın
toxumalarda səviyyəsi, plazma sıxlığından aşağıdır. Spektinomisin, dəyişməz şəkildə sidiklə xaric olur.
İSTİFADƏ SAHƏSİ
Birləşməyə həssas olan aşağıdakı infeksiyalarda istifadə olunur:
Buzov: Tənəffüs sistemi infeksiyaları, artrit və omfalitin müalicəsi
Qoyun: Tənəffüs sistemi infeksiyası və mikoplazmozun müalicəsi
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Buzovlarda: 1 ml/10 kq diri çəki/gün dozasında, ilk müalicə günündən 12 saat aralıqlarla 2 inyeksiya
aparılır, sonra 3-5 gün ərzində hər gün bir inyeksiya tətbiq olunur.
Qoyunlarda: 1 ml/10 kq diri çəki/gün dozasında 3-5 gün boyunca gündə bir dəfə, əzələdaxili yolla həyata
keçirilir. Əzələ daxili dərin bir şəkildə vurulur və birdən çox sahəyə ni yeksiya edilərək istifadə olunur.
Bir sahəyə buzovlarda 20 ml, qoyun 5 ml-dən çox inyeksiya vurulmamalıdır. Tətbiqetmə zamanı aseptika
və antiseptika qaydalarına əməl edilməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiq
edilməsindən sonra mal-qara və qoyun 21 gün keçmədən kəsimə göndərilməməlidir. Südü, insan istehlakı
üçün nəzərdə tutulan qoyunlara tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
20 - 100 ml