"VETİMİSİN RTU"-100ml
Описание
İnyeksiya edilə bilən suspenziya | Antibakterial
TƏRKİBİ
Hər ml başına: 200 mq Benzilpenisillin prokain və 250 mq Dihidrostreptomisin sulfat, köməkçi maddələrdən
antioksidant olaraq natrium kimi natrium formaldehid sulfoksilat (SFS) və antimikrob olaraq metil paraben natrium
ehtiva edir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
Benzilpenisillin prokain, bakterial divarın biosinteziniə maneə törətməklə və beləliklə bakteriyaların çoxalma
mərhələsinə təsir göstərməklə zamandan asılı olan bakterisid təsirə malik bir antibiotikdir. Onun təsir spektri,
qram-müsbət bakteriyalar və Pasteurella ilə məhduddur.
Dihidrostreptomisin, bakterial protein biosintezini və bakteriya membranının keçirmə qabiliyyətini pozaraq
təsir göstərən bir bakterisid antibiotikdir. Təsir spektrinə qram-mənfi bakteriyalar daxildir. Bu iki antibiotikin
kombinasiyası, in vitro sinergik təsir göstərir, penisillin, bakteriyalara dihidrostreptomisinin girişini artırır. Qrammüsbət
bakteriyalar, qram-mənfi bakteriyalar və spiroshetlərə qarşı təsirlidir.
Farmakokinetik xüsusiyyətləri:
Parenteral vurulduqdan sonra tətbiq yerindən proksin duzu şəklində olan benzilpenisillin prokain, yavaş-yavaş
müəyyən bir müddət ərzində yavaşca sorulur, təxminən 3-4 saat ərzində plazma zirvə konsentrasiyasına çatır və
təsirli preparat konsentrasiyası 24 saat davam edir.
İSTİFADƏ SAHƏSİ
Vetimisin RTU İnyeksiya edilə bilən suspenziya, mal-qara, at, qoyun, keçi, it və pişik üçün: penisillin və
dihidrostreptomisinə həssas Corynebacterium pyogenes, Erysipelothrix rhusiopathiae, Klebsiella pneumoniae
(beta laktamazasız), Listeria spp., Mannheimia haemolytica, Pasteurella multocida, Staphylococcus spp.
(penisilinaz istehsal etmir), Streptococcus spp., Salmonella spp. mikroorqanizmlər, sətəlcəm və pleuropneumoniaz,
post-partum infeksiyaları, sidik yollarının infeksiyaları, ayaq infeksiyaları (məsələn, barmaq panarisi kimi), abses
(məsələn, omfaloflebit), əməliyyatdan sonrakı infeksiyaların müalicəsində və ilkin virus infeksiyası ilə əlaqəli
xəstəliklərdə həssas orqanizmlərin səbəb olduğu ikinci bakterial infeksiyaya nəzarət etmək üçün istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Heyvan Növü |
Diri Çəki |
Doza |
Mal-qara, at və qoyun |
25 kq |
1 ml |
Keçi Pişik, it |
10 kq 10 kq |
1 - 1.5 ml |
1 - 2 ml |
Effektiv bir müalicəyə nail olmaq üçün, 24 saatlıq bir doza aralığı ilə 3-5 gün ərzində əzələdaxili (İ.M.) və ya dərialtı
olaraq/subkutan (S.C.) aparılmalıdır.
Vetimisin RTU-da, mal-qara, atlar və qoyunlarda benzilpenisillin prokaininin terapevtik dozası 8 mq/kq,
dihidrostreptomisin sulfatın terapevtik dozası 10 mq/kq təşkil edir. Keçilərdə gündəlik 11.4 -17.1 mq/kq
benzilpenisillin və gündə 20-30 mq/kq dihidrostreptomisin tətbiq edilir.
Pişiklərdə və itlərdə benzilpenisillinin terapevtik dozası 22,8 mq/kq, dihidrostreptomisinin terapevtik dozası 40
mq/kq təşkil edir. Mal qarada bir inyeksiya yerinə 10 ml, atlarda 15 ml və qoyunlarda 3 ml-dən çox olan həcmdə
tətbiq edilməməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m):
Müalicə müddətində və son preparatın tətbiq edilməsindən sonra mal-qara, qoyunlar və keçilər, 60 gün keçmədən
kəsimə göndərilməməlidir. Müalicə zamanı və son preparatın tətbiqindən sonra 8 gün (16 sağım) ərzində əldə
edilən inək , qoyun və keçi südü, insan istehlakına təklif edilməməlidir. Preparat qalığı təmizlənmə müddətinin
uzun olmasına görə, insan istehlakı üçün süd əldə edilən inək və qoyunlara tətbiq edilməsi tövsiyə edilmir.
BURAXILIŞ FORMASI
50- 100 - 250 ml