FLUNOKSİLİN L.A.

0,00
-
+
Çəki : 100 qram
Kateqoriya :
Heyvanlar :

Məzmun

Tərkibi 

Hər ml başına: 300 mq Oksitetrasiklinə ekvivalent olan oksitetrasiklin dihidrat və 20 mq Fluniksinə ekvivalenti olan fluniksin meqlumini köməkçi maddə olaraq antioksidant məqsədilə natrium formaldehid sulfoksilat var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Oksitetrasiklin, Streptococcus rimosusdan əldə edilən tetrasiklin qrupundan geniş spektrli bir antibiotikdir. Bu, bakteriyalardakı ribosomun 30S alt bölümünə geri dönmədən bağlanaraq protein sintezini ləngidərək bakteriostatik təsir göstərir.

Oksitetrasiklinin bakteriyalara təsiri aşağıda göstərilmişdir:

Qram-müsbət aeroblar (Bacillus spp., Corynebacterium spp., Erysipelothrix rhusiopathia, Listeria monocytogenes və Streptococci), qram-mənfi bakteriyalar (Actinobacillus spp., Bordetella spp., Francisella tularensis, Haemophilurus spp.), Campylobacter döl, Borrelia spp. və Leptospira spp. Moraxella bovis), anaeroblar (Actinomyces spp., Fusobacterium spp.) və Mycoplasma spp., Chlamydia spp., Ehrlichia spp., Coxiella burnetti, Ehrlichia, Theileria, Eperythrozoon və Anaplasmalara yaxşı təsir göstərir. Fluniksin meqlumin, steroid olmayan iltihaba qarşı (NSAID) və narkotik olmayan analgetik və antipiretik təsirinə malik bir birləşmədir. Fluniksin meqlumin zəif turşu xüsusiyyətinə malik olduğundan ötrü, plazma proteinlərinə yüksək nisbətdə (təxminən 99%) bağlanır. Flunoksilin L.A. tövsiyə olunan dozada tətbiq edildikdə: oksitetrasiklin, tətbiq edildikdən sonra orta hesabla 4-6 saat ərzində 9,76 mkq / ml-lik, fluniksin isə 1 saat sonra 2,4 mkq / ml-lik maksimum plazma sıxlığına yüksəlib çatır. Flunoksilin L.A. çox yaxşı absorbe edilir. Orqanizmdə, əsasən ağciyər, qaraciyər, böyrək, balalıq, ayaq və yelin toxumasında asanlıqla yayılıb paylanır və qısa müddətdə təsirli terapevtik səviyyələrə yüksəlib çatır. Bir doza tətbiq edildikdən sonra iribuynuzlu ət və südlü heyvanlarda qanda törətdiyi yüksək konsentrasiya sayəsində əzələdaxili 20 mq/kq dozada 3-4 gün və 30 mq/kq dozada 5-6 gün ərzində müalicəvi təsirini saxlayır. Bundan əlavə, tərkibindəki başqa bir aktiv maddə olan fluniksin, tənəffüs infeksiyalarında ortaya çıxan qızdırma və tənəffüs çətinliyi kimi simptomlarda, təkcə oksitetrasiklinin tək başına istifadəsi nə görə, daha da sürətli bir şəkildə yaxşılaşma təmin edir.

İSTİFADƏ SAHƏSİ

Flunoksilin L.A. İnyeksiya edilə bilən məhlul: əsasən mal-qarada Pasteurella heamolyticanın törətdiyi tənəffüs yolu xəstəliyində (BRD); Pasteurella spp., Corynebacterium pyogenes, Staphylococcus aureus kimi oksitetrasiklinə həssas bakteriyaların səbəb olduğu sistemli tənəffüs infeksiyalarının müalicəsində istifadə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI

Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda: Flunoksilin L.A. İnyeksiya edilə bilən məhlul gündəlik praktik dozalar:

  

Heyvan Növü

Gündəlik Farmakoloji Doza

Gündəlik Praktik Doza

Mal-qara

30 mq/kq diri çəki oksitetrasiklin 2 mq/kq diri çəki fluniksin

1 ml/10 kq diri çəki

 Dərin əzələdaxili inyeksiya şəklində tək bir doza olaraq tətbiq edilməlidir. Eyni inyeksiya sahəsinə 15 ml-dən çox preparat tətbiq edilməməlidir. Bir doza olaraq tətbiq edildikdə, antibakterial təsir 5-6 gün, iltihab əleyhinə təsir isə 24-36 saat davam edir. Zəruri hallarda, 24 saat sonra steroid olmayan iltihab əleyhinə (NSAI) tərkibində aktiv maddə ehtiva edən bir preparat tətbiq edilə bilər.

Antibiotik müqavimətinin qarşısını almaq üçün heyvanın çəkisi dəqiq ölçülməli və doza buna görə tənzimlənməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR

Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən sonra mal-qaralar 35 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün süd verən heyvanlara tətbiq edilməməlidir.

BURAXILIŞ FORMASI

100 - 250 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}