Məzmun
Oral məhlul tozu | Antibakterial
TƏRKİBİ
Hər qramda: 55 mq Oksitetrasiklin hidroxlorid vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Tetrasiklin qrupuna bağlı geniş bir spektrli oksitetrasiklin, ona həssas olan mikroorqanizmlərə qarşı
ribosomun 30 S alt bölümünə geri dönməz şəkildə bağlayaraq zülal protein sintezini ləngidir və bakteriostatik
təsir göstərir. Yüksək terapevtik dozalarda bakteriostatik, yüksək konsentrasiyalarda bakterisid təsiri göstərir.
Oral yolla tətbiq edildikdə, sürətli və yüksək bir konsentrasiyada sorulub, bədənin hər tərəfinə yayılır və
müxtəlif heyvan növlərində qan içində yarı ömrü 6-8 saat arasındadır. Effektiv qan sıxlığını qorumaq üçün
tətbiqetmə, 12 saatlıq fasilələrlə təkrarlanmalıdır. Effektiv sıxlıqlarda plevra, periton və baş beyni -onurğa
beyni (serebrospinal) maye içərisinə keçir. Qaraciyər, dalaq, prostat, öd və sidikdə toplanır. Göstərilən
farmakokinetik profil sistemli infeksiyalarının müalicəsi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir. Oksitetrasiklin
böyük miqdarda sidiklə və daha az miqdarda öd yolu ilə xaric olunur. Buna görə sidik ifrazat sistemi
xəstəliklərində və qaraciyər infeksiyalarında olduqca təsirlidir. Öd ilə xaric olunan hissəsi, bağırsaqlardan
geri sorulur və enterohepatik dövranına daxil olur.
İSTİFADƏ SAHƏSİ
Qanadlılarda (cücə, gənc toyuq, toyuq və hind toyuqlarında: Xroniki tənəffüs yolları infeksiyalar (CRD),
ev quşları zökəm və xolera, digər bakterial enterit, pullorum, mavi qabartı, yoluxucu sinovit və sinuzit.
Hinduşkalarda: Erisipel infeksiyas,
Day, buzov və quzularda (rumen aktivliyi hələ başlamayıb): Neonatal septikemiya ilə əlaqədar ishal
hallarda, Septisemiya neonatorum səbəbilə ağciyər və bağırsaq infeksiyaları, virus infeksiyaları ilə birləşən
bakterial tənəffüs sistemi infeksiyaları, Mycoplasma spp. infeksiyalar (PPLO), Pasterellyoz.
İtlərdə və pişiklərdə: Bakterial bağırsaq infeksiyaları və viral infeksiyalarla birləşən ikinci bakterial xəstəliklər
tənəffüs sistemi xəstəliklərində və metritlərdə lokal müalicəyə dəstək olaraq istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Oksitetrasiklin üçün hədəf olan heyvan növləri üçün tövsiyə edilən gündəlik oral müalicəvi dozası
qanadlılarda gündə 30-40 mq/kq c.a.; təşkil edir: day, buzov və quzularda gündə 40 mq/kq .a/gün: pişik və
itlərdə isə 60 mq/kq c.a. olmaqla aşağıda göstərilən praktik dozalarda tətbiq olunur. Göstərilən farmakoloji
doza vahidlərinə əsaslanaraq Geosol oral məhlul pudrası aşağıda göstərilən praktik dozalarda içməli suda
həll edilərək (südlə qarışdırmayın) içirilmə yolla tətbiq olunur.
Heyvan Növü |
Diri Çəki |
Doza |
Tətbiqetmə |
Quzu |
25 kq |
10 q |
Gündə 2 dəfə |
Buzov, day Pişik, it |
50 kq 5 kq |
20 q 2 q |
Gündə 2 dəfə |
Gündə 3 dəfə |
Toyuq və hinduşka içərisində orta hesabla 100 kq c.a. üçün 60-80 q Geosol oral məhlul tozu əsasında
hazırlanır. Göstərilən doza səviyyəsini təmin etmək üçün gün ərzində 2-4 q / l içməli suya əlavə edilir və içirilir.
Preparatlı su hər gün təzə olaraq hazırlanır.
Bütün hədəf növlərində müvəffəqiyyətli bir yaxşılaşmanı təmin etmək üçün müalicə 3-5 gün davam etdirilir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə zamanı və son preparat tətbiq edildikdən sonra ət
üçün böyüdülən quzu və buzovlar 10 gün toyuq və hinduşkalar 14 gün keçmədən kəsimə göndərilməməlidir.
Müalicə zamanı və son preparatın tətbiqindən sonra 14 gün ərzində əldə edilən yumurtalar, insan istehlakına
təklif edilməməlidir.
BURAXILIŞ FORMASI
20 q