


Məzmun
Oral Tablet | Antihelmintik
TƏRKİBİ
Hər bir tabletdə: 375 mq Oksfendazol və 750 mq Oksiklozanid var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Helminoks oral tablet, mal-qara və qoyunlarda mədə-bağırsaq və ağciyər bıj qurdları,
qaraciyər kəpənək qurdlar və solityordan/yastı qurddan irəli gələn invaziyaların müalicəsində
istifadə olunan, istifadəsi oral yolla nəzərdə tutulan Oksfendazol və Oksiklozanidin balanslı bir
kombinasiyası şəklində hazırlanmış geniş spektrli bir antihelmintikdir.
Helminoksun kombinasiyasında yer alan oksfendazol benzimidazol törəməsi bir antihelmintikdir,
antihelmintik təsirini, xüsusilə mikrotubul bağlanması zamanı tubulinlərin polimerləşməsinin
qarşısını alaraq və nematod tubulinlərinə bağlanaraq göstərir. İlk əvvəl fumarat reduktaz
aktivliyinə təzyiq göstərərək, parazitin enerji yaratma metabolizminə əngəl törədərək, ikincisi
də bir çox fermentin ifraz edilməsi üçün lazım olan mikrotubulların strukturunu pozaraq təsir
göstərir. Oksiklazonid isə salisilanid qrupuna aid bir fasiolasiddir, yetkin qaraciyər kəpənəklərində
oksidləşdirici fosforlaşmanı pozaraq təsir göstərir.
İSTİFADƏ SAHƏSİ
Helminoks, mal-qara və qoyunlarda mədə-bağırsaq və ağciyər bıj qurdları, qaraciyər kəpənək
qurdları və yastı qurdlar tərəfindən törədilən invaziyaların müalicəsində istifadə olunur Bundan
əlavə, ovisidal təsirinə malik olduğuna görə, mədə-bağırsaq və ağciyər bıj qurdların yumurtalarını
da öldürür. Beləliklə, otlaqda qeyd olunan parazit yumurtanın kontaminasiyasını azaldır.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Oksfendazolun farmakoloji dozası, mal-qara və qoyunlar üçün 5 mq/kq c.a., oksiklozanidin
farmakoloji dozası mal-qarada 10 - 15 mq/kq c.a. və qoyunlarda 15 mq/kq diri çəki təşkil edir.
Ağızdan bir az su köməyi ilə uddurmaqla və ya suda həll edildikdən sonra içirilərək tətbiq olunur.
Helminoks üçün aşağıdakı dozalar praktik olaraq tətbiq olunur:
Heyvan Növü Diri Çəki Doza |
||
Quzu |
25 kq |
1/2 tablet |
Qoyun |
50 kq |
1 tablet |
Dana |
150 kq |
2 - 3 tablet |
|
300 kq 375 kq |
4 - 5 tablet |
Mal-qara |
5 - 6 tablet |
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən sonra mal-qaralar və qoyunlar, 28 gün keçmədən kəsimə göndərilməməlidir.
Dərmandan istifadə edilməsi zamanı və tətbiqetmə dayandırıldıqdan sonra 5 gün ərzində
(10 sağım) inək südü, istehlak üçün təklif edilməməlidir. İnsan istehlakı üçün süd əldə edilən
qoyunlara tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
10 tablet