MAKSMEKTİN DUO-50ml

13,00
-
+
Çəki : 50 qram
Kateqoriya :

Məzmun

İnyeksiya edilə bilən məhlul | Endektosit - Fasiolosid

TƏRKİBİ
Hər ml başına: 10 mq İvermektin və 100 mq Klorsulon var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
MAKSMEKTİN DUO İnyeksiya edilə bilən məhlulun aktiv maddələrindən biri olan İvermektin,
Avermektin törəməsidir və Streptomyces avermitilisin fermentasiya məhsuludur. Sintetik bir
kemoterapevtikdir. İvermektin, ən azı %80 nisbətində, 22-23 dihidroavermektin B1a və ən çox
%20 nisbətində 22-23 dihidroavermektin B1b komponentlərindən ibarətdir. İvermektin, parazitlərin
motorik qanqlion sinapsislarında (nematodlarda) və ya neyromuskulyar/sinir-əzələ son lövhələrdə
(artropodlarda) Gamma Amino Butiric turşusu (GABA) ifrazını artırmaqla, xlor (CI-) kanallarını açıq
saxlayır və motor sinir impulsunun keçməsinin qarşısını alır: parazit iflic olur və ölür. Halbuki ivermektin
məməlilərdə qan/beyin baryerini aşıb sinir sisteminin içərisində yer alır. GABA-nergik sinirlərə kifayət
qədər nüfuz edə bilmədiyi üçün, ev heyvanlara zərər vermədən parazitləri öldürür.
Dərialtı yolla tətbiq edildikdə maksimum plazma konsentrasiyasına çatmağın orta hesabla - 1,3 gün,
plazmanın aradan eliminasiyasının yarım ömrü qoyunlarda orta hesabla 3,5 gün, mal-qarada isə 8
gündür. Plazma proteinlərinə bağlı olaraq nəql olunur. Onun paylanma həcmi yüksəkdir.
Xlorsulon, benzenesulfonamid qrupundan olan yetkin qaraciyər kəpənəklərinə qarşı təsirli bir
birləşmədir. Fasciola hepatica və Fasciola gigantica kimi distomaların enerji metabolizmində iştirak
edən ferment sistemlərini inhibə edir. 8-fosfogliseratkinaza və fosfogliseromutaza fermentlərinin
rəqabət qabiliyyətli antaqonisti olduğuna görə, qlükozanın asetat və propionata oksidləşməsinin
qarşısını alır və eyni zamanda ATP səviyyələrini də azaldır. Qlükozanın istifadəsi pozulduğu
üçün parazit ölür. Dərialtı tətbiq edildikdən sonra əldə edilən maksimum plazma konsentrasiyası
inyeksiyadan 6 saat sonra təxminən 1,3 mq/l, 7 gün sonra isə 0,01 mq/l təşkil edir. Əsasən öd və sidik
yolu ilə xaric olunur.

İSTİFADƏ SAHƏSİ
MAKSMEKTİN DUO inyeksiya edilə bilən məhlulu, mal-qarada, aşağıda adları qeyd edilən daxili və
xarici parazitlərə qarşı istifadə olunur:
Qaraciyər distomaları, mədə-bağırsaq nematodları, ağciyərdəki bıj qurdlar, dəridəki filarioz agentləri,
göz nematodları, nokra agenti milçək sürfələr, myiazis agenti, yara qurdları (parazitar dövrdə), qoturluq
agentləri, bitlər, gənələr (bəzi (halqa şəklində və yumşaq gənələr).

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
İvermektinin farmakoloji dozası, 0.2 mq/kq diri çəki, klorsulonun isə 2 mq/kq diri çəki təşkil edir. Praktik
olaraq, 50 kq canlı çəkiyə 1 ml MAKSMEKTIN DUO inyeksiya edilə bilən məhlul olmaqla, yalnız
dərialtı şəkildə tətbiq olunur.
İnyeksiya yerində baş verə biləcək ağrı və şişlik kimi reaksiyaların qarşısını almaq üçün 10 ml-dən
çox dozalar ikiyə bölünməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən sonra mal-qaralar 35 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün süd
əldə edilən mal-qaraya tətbiq edilməməlidir.

BURAXILIŞ FORMASI
50- 100 - 250 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}