Məzmun
Oral Tablet | Antihelmintik
TƏRKİBİ
Hər bir tabletdə: 375 mq Levamizol bazasına ekvivalent olan 441 mq Levamizol HCl və 750 mq
Oksiklosanid ehtiva edir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Levazanid oral tabletin aktiv maddələrindən biri olan Levamisol, tetrahidroimidazollar qrupundandır.
Onun antinematodal aktivliyi, parazitar sərbəst qanqliyalarının daimi stimullaşdırılmasını təmin etməklə
sinir sisteminin bloklamağı ilə əldə edilir. Xolinergik aqonistidir. Eyni zamanda benzimidazollarda olduğu
kimi, fumarat reduktaz fermentinin aktivliyinə qarşı əngəl törədərək parazitin karbohidrat metabolizmini
pozur. Oksikllozanid isə, salikulanidin tərəfindən törədilən bir antihelmintikdir. Fasiolasidal aktivliyə
malikdir. Onun təsir mexanizmi qaraciyər kəpənəklərində olan oksidləşdirici fosforlaşmanı ayırmaq
şəklindədir.
İSTİFADƏ SAHƏSİ
Levazanid, aşağıdakı parazitlərin törətdiyi xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunur.
Mal-qarada:
Qaraciyər kəpənəkləri Fasciola hepatica, Fasciola gigantica
Ağciyər bıj qurdlar Dictyocaulus viviparus
Mədə-bağırsaq bıj qurdları Ostertagia spp., Trichostrongylus spp., Nematodirus spp., Cooperia spp.,
Bunostomum spp., Haemonchus spp., Trichuris spp., Oesophagostomum
spp. yetkin sürfələri və yumurtalarına qarşı.
Göz qurdu Thelazia rhodesii
Qoyunlarda:
Qaraciyər kəpənəkləri Fasciola hepatica, Fasciola gigantica
Ağciyər bıj qurdlar Dictyocaulus filaria
Mədə-bağırsaq bıj qurdları Ostertagia spp., Trichostrongylus spp., Nematodirus spp., Cooperia spp.,
Bunostomum spp., Haemonchus spp., Chabertia ovina, Trichuris spp.,
Oesophagostomum spp. yetkin sürfələri və yumurtalarına qarşı.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Levamizolun farmakoloji dozası, mal-qara və qoyunlar üçün 7,5 mq/kq c.a. diri çəki, oksiklozanidin isə
mal-qarada 10-15 mq/kq c.a. və qoyunlarda 15 mq/kq diri çəki təşkil edir. Ağızdan bir az su köməyi ilə
uddurmaqla və ya suda həll edildikdən sonra içirilərək tətbiq olunur. Buna əsasən, praktikada:
Heyvan növü |
Diri çəki |
Doza |
Quzu |
25 kq |
1/2 tablet |
Qoyun |
50 kq |
1 tablet |
Buzov |
50 - 100 kq |
1 - 2 tablet |
Dana |
100 - 200 kq |
2 - 4 tablet |
Mal-qara |
200 - 300 kq |
4 - 5 tablet istifadə olunur (mal-qaraya verilən maksimal doza, 5 tabletdir) |
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən
sonra, əti üçün yetişdirilən mal-qaralar, 28 gün, qoyunlar 21 gün keçmədən kəsimə göndərilməməlidir.
Sağmal mal-qara və qoyunlarda istifadə edilmir.
BURAXILIŞ FORMASI
10 tablet