DİKLOVET®

15,00
-
+
Çəki : 100 qram
Kateqoriya :
Heyvanlar :

Məzmun

İnyeksiya edilə bilən məhlul | Steroid olmayan antiinflamatuar

TƏRKİBİ
Hər ml başına: 50 mq Diklofenak natrium, köməkçi maddə olaraq benzil spirti və, 2-pirolidon,
hidroxlor turşusu var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Diklofenak, analgetik (ağrı kəsici), anti-spazmotik (büzülmə əleyhinə) və anti-piretik (qızdırmanı
düşürən) xüsusiyyətlərə malik olmaqla, steroid olmayan bir antiinflamatuar vasitəsidir (NSAI),.
Prostoqlandin, prostasiklin və tromboksanların sintezindən məsul olan sikoksoksigenaz
fermentinin inhibisyonuvə araxidon turşusu metabolizmi səviyyəsində təsirə malikdir.
Mal-qaraya əzələdaxili olaraq tətbiq edildikdə, onun əmilməsi sürətli olur və qandakı maksimal
konsentrasiyası ilk inyeksiyadan 2 saat sonra qeydə alınır. (Cmax 7009 μg ekvivalent/kq) 24-48 saat
boyunca qan dövranında qalır. Atlarda əzələdaxili olaraq tətbiq edildikdə, qandakı maksimal
konsentrasiyası ilk inyeksiyadan 1 saat sonra (Cmax 1.9 μq/ml) qeyd olunur və diklofenak,
36-48 saat boyunca qan dövranında qalır.
Diklofenak, proteinlərinə güclü bir şəkildə bağlıdır və çox yüksək olmayan bir paylanma həcmi
ilə təyin edilir. Bu o deməkdir ki: xüsusilə mərkəzi bölgədə daha uzun müddət qalır.
Qarışıq, qaraciyər səviyyəsində metabolizə olunur və entero-hepatik (bağırsaq-qaraciyər)
dövranına daxil olur. Diklofenak və onun metabolitlərinin aradan qaldırılması, xüsusilə böyrək
və safra yollarında baş verir.

İSTİFADƏ QAYDASI
Diklovet inyeksiya edilə bilən məhlul mal-qara və atlarda:antiinflamatuar (İltihab əleyhinə),
analgetik (ağrı kəsici) və anti-piretik (qızdırma düşürücü) kimi istifadə olunur. Travmanın
ardından ortaya çıxan və ya travmaya bağlı olmayan revmatik iltihab ( ikinci bakterial infeksiya
ilə əlaqəli və ya əlaqəsiz) və degenerasiya, kəskin və ya xroniki axsaqlıq (oynaq iltihabı (artrit),
bağ iltihabı (desmitis), vətər iltihabı (tendinit), əzələ iltihabı (miozit) hallarının müalicəsi üçün
istifadə olunur. Yüksək qızdırmanın (xüsusən atlarda) və tənəffüs yollarının (məsələn, bronxopnevmoniya),
cinsiyyət orqanlarının və döşlərin (mastit və metrit kimi) bakterial amillərinin
səbəb olduğu iltihablı və degenerativ, sadə və ya mürəkkəb vəziyyətlərdə destekleyici olaraq
istifadə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Diklofenak natriumun farmakoloji dozası, 2.5 mq/kq c.a. təşkil edir (diri çəki) olacaq şəkildə
parenteral olaraq tətbiq edilir. Mal-qara və atlarda praktik olaraq 5ml/100 kq c.a. (diri çəki)/gün
dozası tənzimlənir. Müalicəyə, 1-3 gün davam edilməlidir. Bütün hallarda əzələdaxili tövsiyə
olunsa da, damardaxili yolla tətbiqə, yalnız fövqəladə hallarda müraciət edilməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən aşağıdakı mal-qaralar 15 gün keçmədən kəsimə göndərilməməlidir.Müalicə zamanı
və son preparatın tətbiqindən aşağıdakı 6 gün (12 sağım) ərzində əldə edilən inək südü, insan
istehlakına təklif edilməməlidir. Qida dəyəri olan atlarda istifadə edilməməlidir.

BURAXILIŞ FORMASI
50 - 100 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}