HİSTAVET®

0,00
-
+
Çəki : 50 qram
Kateqoriya :
Heyvanlar :

Məzmun

İnyeksiya edilə bilən məhlul | Antihistamin

TƏRKİBİ
Hər ml başına: 20 mq Mepiramin maleat və köməkçi maddə olaraq xlorbutanol var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Histavet inyeksiya edilə bilən məhlulun aktiv maddəsi olan Mepiramin maleat, etilendiamin törəməli
antihistaminik bir maddədir. Histavet, histaminə bağlı allergik və anafilaktik reaksiyaların müalicə və
profilaktikasında istifadə olunur. Hədəf hüceyrələrindəki histamin H1 reseptorlarına bağlanmasını
əngəlləyərək təsirsiz hala gətirir.
Bütün ev heyvanlarına parenteral yollardan verilən mepiramin maleat, sürətlə əmilir və antihistamin təsiri
15 dəqiqə ərzində başlayır, 30 dəqiqədən sonra isə ən yüksək səviyyəyə çatır və 8-12 saat davam edir.

İSTİFADƏ QAYDASI
Histavet, digər H1 reseptor inhibitorlarına (antihistaminiklərə) bənzər şəkildə, at, day\ pişik və itlərdə
histamin səbəb olduğu əsas allergik və anafilaktik reaksiyaların və bu kimi reaksiyalarla əlaqəli xəstəliklərin
müalicəsində istifadə olunur.
Mal-qara, day, pişik və itlərdə:
• Prurit, ürtiker, müxtəlif dermatit növləri,
• Fərqli amillərdən irəli gələn işığa həssaslıq (fotosensitizasiya) halları,
• Bakteriya və ya viruslardan iltihablanma ilə əlaqəli allergiya,
• Serum xəstəliyi və anafilaksilər,
• Həşərat və bənzər zəhərli heyvan dişləmələri və sancmaları,
• Stomatit, astma və səyahət xəstəlikləri və dərman həssaslığı,
• Hepatit və nefritdə əsas müalicəni dəstəkləmək və simptomları aradan qaldırmaq üçün istifadə olunur.
Atlarda:
• Dəri istitqası (anazark), qidalanma və doğuşla əlaqəli laminitlər və topallıqlar,
• Hemoglobinuriya və paroksimal mioqlobinuriya və ya azoturiya halları,
• Atlarda rast gəlinən allergik bronxit, emfizemaya səbəb olan amili tamamilə naməlum olan ağciyər şişləri
halları və kəskin qaraciyər şişləri və ikinci sətəlcəm istifadə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
1-2 mq mepiramin maleat/kq c.a. dozada əzələdaxili (İ.M.), yavaş-yavaş damardaxili (İ.V.) və dərialtı
(S.C.) inyeksiya yolları ilə verilir. İnyeksiya edilə bilən məhlul halında preparat, birdəfəlik müalicə dozaları
aşağıdakı növlərə görə tənzimlənir.

Heyvan Növü

Diri Çəki

Doza

At Day

                      Pişik,it

100 kq

              50 kq

                10 kq

5 - 10 ml

2.5 - 5 ml

0.5 - 1 ml

 Zəruri hallarda, eyni dozanı hallar 6-12 saat fasilələrlə təkrarlanır. Məcburi olmadığı halda, damardaxili
olaraq tətbiq edilməsi tövsiyə edilmir. Şiddətli yerli allergik reaksiyalarda, zədənin ətrafındakı bir neçə
nöqtədən kiçik dozalarda vurula bilər.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Qida dəyəri olan heyvanlarda istifadə edilməməlidir.

BURAXILIŞ FORMASI
20 - 50 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}