Məzmun
İnyeksiya edilə bilən məhlul | Analeptik
TƏRKİBİ
Hər ml başına: 250 mq Niketamid (Pridon B-Karboksilik turşu dietilamid) var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Sintetik pridin törəməsi olan Niketamid bulbar, mərkəzləri stimullaşdıran və bədəndə PP vitamininə
çevrilən bir maddədir.
Birincisi, tənəffüs mərkəzlərini və ikincisi, damarları daraldan vasitə (vazokonstriktor) və azan əsəb
(vaqal) mərkəzlərini stimullaşdırır. Bu səbəblə, tənəffüs stimullaşdırıcısı olmaqla bərabər, ürəyə də
stimullaşdırıcı təsir göstərir. Müalicə dozalarında stimullaşdırıcıdır, lakin həddindən artıq dozalarda
konvulsiv təsir göstərir. Qan təzyiqini artıraraq qan axını tənzimləyir. Yüksək davamlılığına görə balalarda
da asanlıqla və etibarlı şəkildə istifadə edilə bilər. Niketamid, arterial təzyiqində, sonradan azalan bir
yüksəlməyə yol açır.
Niketamid parenteral tətbiq edildikdən sonra tez bir zamanda sorulur.
İSTİFADƏ QAYDASI
At, day, it və pişiklərdə:
• Tənəffüs və qan dövranı pozulmaları,
• Nəfəs darlığı,
• Xroniki bronxit,
• Sətəlcəm,
• Emfizema,
• Zəhərlənmə,
• Asfiksiya vəziyyəti,
• Qızdırmalı xəstəliklərdə və
• Cərrahi müdaxilələrdə və ya travmalarda meydana gələn ümumi vəziyyət və tənəffüs pozulmalarında
tənəffüs və CNS stimullaşdırıcı kimi istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Farmakoloji doza: atlarda 12.5-25 mq/kq c.a., pişik və itlərdə 20-40 mq/kq diri çəki olacaq şəkildə
aşağıdakı praktik dozalarda tətbiq edilir.
Heyvan Növü |
Diri Çəki |
Doza |
At Day Pişik, it |
100 kq 50kq 5 kq |
5 - 10 ml |
2.5 - 5 ml |
||
0.5 - 1 ml |
Kardiovet, əsasən əzələdaxili və dərialtı, yarım dozada təmzinlənib, yavaş-yavaş damardaxili yolla
aparılır. Təcili olduqda, damardaxili yolla yarım dozada və yavaş-yavaş vurulmalıdır.
BURAXILIŞ FORMASI
50 ml