Məzmun
İnyeksiya edilə bilən məhlul | Vitamin - Amin turşusu
TƏRKİBİ
Hər ml başına: 200 mq d, 1-asetilmetionin, 0.2 mq siyanokobalamin, 50 mq l-karnitinə bərabər olan 61.3 mq l-karnitin
hidroxlorid, 30 mq α-tokoferola bərabər 33 mq α-tokoferol asetat və köməkçi maddə olaraq benzil spirti var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Fulltonic-C inyeksiya edilə bilən məhlul B12 Vitamini (sianokobalamin), E vitamini (-tokoferol asetat), l-karnitin, d, l asetilmetionin
ehtiva edən inyeksiya edilə bilən bir preparatdır. Dərmanın formulu, detoksifikasiya prosesləri, nəqliyyat və enerji mübadiləsi
üçün yağ turşularının istifadəsi kimi vəzifələri olan aktiv maddələrdən meydana gəlmişdir.
Farmakodinamik xüsusiyyətləri:
Vitamin B12 retikulositləri (eritrositləri) stimullaşdırır ki, hematopoezdə (qan əmələ gəlməsində) fol turşusu ilə birlikdə mühüm
rol oynayır və deoksiribonukleotidlərin (DNA) meydana gəlməsində iştirak edir. Eninə-zolaqlı əzələlər, damar endoteli və
immunitet sisteminin metabolik pozulmalarında və disfunksiyalarda müalicəyə köməkçi olma xüsusiyyətinə malikdir. Ürək
əzələsində də qoruyucu xüsusiyyətlər və disfunksiyasının müalicəsində köməkçi xüsusiyyətini göstərir. Vitamin E, hüceyrə
membranında və hüceyrənin vacib orqanellarında olan bir antioksidant maddədir. Əsas antioksidant və zəruri qida rolunu
oynayır. L-karnitin(yalnız L forma aktivdir), orqanizm tərəfindən sintez ediləcək miqdarlara əlavə olaraq tələb olunur və
esterifikasiyaya məruz qalmamış yağ turşularının oksidləşməsini asanlaşdırır. Metionin, proteinlərin əsasını təşkil edir, eyni
zamanda çoxsaylı biokimyəvi proseslərdə metil qruplarında iştirak edərək mühüm rol oynayır. Yağların daşınmasında lipidlərə
və lipoproteinlərə bağlanır. Fulltonic-C inyeksiya edilə bilən məhlul, zülal və lipid metabolizmini tənzim etmək, hepatositlər və
əzələ hüceyrələrini yenidən aktivləşdirərək yorğunluğun , qabağını alan və detoksifikasiya edən bir məhsuldur.
Farmakokinetik xüsusiyyətləri:
Vitamin B12, qaraciyər, sümük iliyi və plasenta kimi toxumalara paylanır. Süd verən heyvanlarda süd içinə də daxil olur. Damar
daxili olaraq tətbiq edilən B12 vitamininin bioloji yarım ömrü təxminən 6 gündür (qaraciyərdə 400 gün). Tokoferollar bağırsaqdan
sorulur, bütün toxumalara, xüsusən yağ toxumasına (dərialtı, perineal/aralıq nahiyəsi, uterin/balalıq, testikulyar/xaya yağları)
əzələ toxumasına, ürək əzələsinə yayılır. L-karnitin oral yolla qəbul edildikdə, bioloji əlverişliliyi 15% civarındadır. Damar daxili
olaraq tətbiq olunan karnitinin yarı ömrü, 17,4 saat olduğu bildirilir. Metionin, bağırsağın mənfəzindən aktiv nəqliyyat vasitəsi ilə
sorulur. Əsasən qaraciyərdə adenosilmetioninə katabolizə olunur. Sidik və nəcis ilə xaric olunur.
İSTİFADƏ SAHƏSİ/İŞLƏDİLMƏSİNƏ GÖSTƏRİŞ
Fulltonic-C inyeksiya edilə bilən məhlul, maddələr mübadiləsini dəstəkləmək qabiliyyətinə görə mal-qara, at və qoyunlarda:
• Bədənin müqavimətinin azaldığı, uzun müddət həddindən artıq aktivlik hallarda, məhsuldarlığın aşağı olduğunda,
• İmmunitet sistemini dəstəklənməsində,
• Yüksək məhsuldarlıq və stress vəziyyətlərində,
• Xəstəlikdən sonra bərpa dövründə metabolik tarazlığın təkrar əvvəlki halına qaytarmaq məqsədilə,
• İnəklərin doğuşdan sonrakı qaraciyər komasında (həddindən artıq yağlanma),
• Hamiləlikdə qoyunun toksemiyasında,
• Parazitar və yoluxucu qaraciyər xəstəliklərində əsas müalicə ilə yanaşı dəstəkləyici olaraq,
• İştahasızlıq və əməliyyatdan sonrakı sağalma prosesi hallarda,
• Artım baxımından aşağı məhsuldarlığa səbəb olan hallarda əlavə olaraq istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Praktik doza cədvəli:
Hayvan Növü |
İstifadəsi |
Doza |
Mal-qara, at Buzov, day, qoyun |
Əzələ daxili Əzələ daxili |
Gündə bir dəfə 5 ml / 100 kq diri çəki |
Gündə bir dəfə 0.5 - 1 ml / 10 kq diri çəki |
Müalicə 5 gün boyunca davam edilir. Tətbiqetmə zamanı aseptika və antiseptika qaydalarına əməl edilməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Dərman qalıqlarının təmizlənmə müddəti (i.k.a.s) və süd üçün “0” gündür.
BURAXILIŞ FORMASI
100 - 250 ml