"HİSTAVET-C"-100ml
Məzmun
İnyeksiya edilə bilən məhlul | Antihistamin
TƏRKİBİ
Hər ml başına: 7.03 mq Xlorfeniraminə bərabər olan 10 mq xlorfeniramin maleat və köməkçi vasitə kimi
antimikrob qoruyucu vasitə məqsədilə 1 mq metil paraben və 0.20 mq propil paraben var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
Xlorfeniramin maleat, kimyəvi xüsusiyyətlərinə görə hüceyrə membranındakı H1 reseptoruna bağlaya bilən
və bununla da təbii endogen ligand ilə rəqabət edə bilən alkilamin qrupu antihistamin kimi sinifləndirilən bir
rasemik birləşmədir. Xlorfeniramin maleat, birbaşa reseptor səviyyəsində farmakoloji reaksiyalara səbəb
olmur, lakin histamin tərəfindən təsirə məruz qalanlarıı inhibə edir. Bu müşahidələrə əsasən, xlorfeniramin
maleat, birbaşa və ya tərsinə çevrilə bilən şəkildə rəqabət reseptor antaqonisti rolunu oynayır. Xlorfeniramin
maleat, histamin sintezinə və ya sekresiyasına maneə törədə bilməz.
Farmakokinetik xüsusiyyətləri:
Anti-H1 antihistaminikləri, bir mədəli heyvanlarda ağızdan tətbiq edildikdən sonra kifayət qədər əmilir;
eyni, vəziyyət, gövşəyən heyvanlarda müşahidə edilmir. Təsiri ümumiyyətlə ağızdan tətbiq edildikdən 20-
45 dəqiqə sonra görülür və təxminən 3-12 saat davam edir. Damardaxili tətbiqetmədən sonra, preparatın
plazma konsentrasiyası, tətbiqin ardından 24 saat sonunda 36 nq/ml-dən metodun kvantitativ həddinə (1ng/
ml) qədər azalır. Hesablanmış eliminasiyanın yarım ömrü (T1/2β) 2.11 saat, orta hesabla yaşayış müddəti
(MRT) 2.35 saat, ümumi klerens (ClB) 1.315 l / kq/s, paylanma həcmi (Vd) isə 3 l/kq-dan bir qədər yüksəkdir.
Əzələdaxili tətbiqindən sonra maksimum konsentrasiyaya (Cmax = 142 ng/ml) 28 dəqiqəyə (Tmax) çatır.
Daha sonra, plazma konsentrasiyaları sürətlə azalır və tətbiq edildikdən 24 saat sonra kvantitativ həddindən
(1 mkq/kq) 2 və 8 saat sonunda 60 və 12 mkq/kq-a qədər azalır. MRT və bioloji əlverişliliyi, müvafiq olaraq
3.58 saat və %100 olaraq təyin edilmişdir. Məhsulun və onun metabolitlərinin əsas aradan qaldırılma
yolu böyrək vasitəsilə həyata keçirilir və yalnız cüzi hissəsi 24 saat ərzində dəyişməyib, qalan hissəsi
deformasiya məhsulu kimi sidiklə ifraz olunur.
İSTİFADƏ SAHƏSİ
Histavet-C inyeksiya edilə bilən məhlul, mal-qarada histamin sekresiyası ilə əlaqəli şəraitin simptomatik
müalicəsində istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Histavet-C nyeksiya edilə bilən məhlul, əzələdaxili (İ.M.) və ya damardaxili (İ.V.) yavaş bir şəkildə tətbiq
edilir.
Yetkin heyvanlarda: 3 gün ərzində gündə bir dəfə 0.5 mq xlorfeniramin maleat/kq bədən çəkisi
(5 ml Histavet-C/100 kq bədən çəkisinə bərabərdir).
Gənc heyvanlarda: 3 gün ərzində gündə bir dəfə 1 mq xlorfeniramin maleat/kq bədən çəkisi
(10 ml Histavet-C / 100 kq bədən çəkisinə bərabərdir).
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən
sonra mal-qaralar, ət və içalat üçün 24 saat keçmədən kəsimə göndərilməməlidir. Süd üçün “qalıqların
çıxarılması zamanı 12 saat / 1 sağımdır.
BURAXILIŞ FORMASI
50 - 100 ml